BAKI VƏ DAŞKƏND ARASINDA YENİ TARİXİ DÖVR
26.08.2026 [13:30]
Böyük İpək Yolunun döyünən ürəyi sayılan Mərkəzi Asiya ilə Qafqazın qapısı olan Azərbaycan arasında körpülər heç vaxt indiki qədər möhkəm, bu qədər canlı olmamışdı. Azərbaycan və Özbəkistan münasibətlərinə nəzər salanda insan sadəcə iki dövlətin diplomatik əlaqələrini görmür — burada minilliklərə söykənən ortaq dil, din, mədəniyyət, oxşar dəyərlər və sarsılmaz qardaşlıq ruhu var. Tarixin sınaqlarından keçərək bu günə çatan bu mənəvi bağlar iki ölkənin gələcəyə birgə addımlaması üçün ən möhkəm təməldir.
Bünövrəsi Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulan bu diplomatik münasibətlər, bu gün Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən strateji tərəfdaşlığın ən yüksek zirvəsinə — müttəfiqlik səviyyəsinə qaldırılıb. Xüsusilə son illərdə qarşılıqlı dövlət səfərlərinin intensivləşməsi, Ali Dövlətlərarası Şuranın yaradılması və imzalanan Tarixi Müttəfiqlik Münasibətləri haqqında Müqavilə bu birliyin təkcə kağız üzərində deyil, reallıqda nə qədər güclü olduğunu sübut edir.
Münasibətlərin iqtisadi tərəfi isə sözün əsl mənasında intibah dövrünü yaşayır. Ticarət dövriyyəsinin ardıcıl olaraq artması və yaxın gələcəkdə 1 milyard dollarlıq həddə çatdırılması hədəfi təsadüfi deyil. Avtomobil sənayesindən tutmuş tekstilə, energetikadan kənd təsərrüfatına və sənaye kooperasiyasına qədər yaradılan birgə müəssisələr iqtisadi inteqrasiyanın əyani göstəricisidir. Azərbaycan-Özbəkistan Birgə İnvestisiya Şirkətinin fəaliyyətə başlaması yeni layihələrin maliyyələşdirilməsinə və biznes subyektləri arasında əlaqələrin daha da sıxlaşmasına güclü təkan verir.
Eyni zamanda, nəqliyyat-logistika sahəsində atılan addımlar bütün regionun çəkisini dəyişir. Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin genişlənməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların həcminin artırılması göstərir ki, Bakı və Daşkənd Şərq-Qərb dəhlizində regionun nəqliyyat xəritəsini birgə cızır. Yaşıl enerji sahəsində — Mərkəzi Asiyadan Avropaya bərpa olunan enerjinin ötürülməsi üzrə üçtərəfli əməkdaşlıq da iki ölkənin qlobal enerji təhlükəsizliyindəki rolunu artırır.
Amma bu əlaqələrin ən kövrək, ən qürurverici məqamı mədəni və mənəvi töhfələrdə özünü göstərir. Özbəkistanın işğaldan azad edilmiş Füzuli şəhərində inşa etdirdiyi Mirzə Uluqbəy adına 1 nömrəli Tam Orta Məktəb qardaş köməyinin, səmimi dostluğun ən gözəl nümunəsidir. Qarabağ torpağında ucalan o məktəb binası özbək xalqının Azərbaycan xalqına olan sevgisinin, sarsılmaz dəstəyinin canlı abidəsidir. Daşkənddə Nizami Qəncəvi adına Dövlət Pedaqoji Universitetinin fəaliyyəti, Bakıda Əlişir Nəvai abidəsinin ucaldılması, Şuşa ilə Səmərqəndin, Xankəndi ilə digər şəhərlərin qardaşlaşması da bu mənəvi təməli daha da möhkəmləndirir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid yumruq kimi çıxış edən Azərbaycan və Özbəkistan, əslində bütün Türk dünyasının gələcək inkişaf modelini nümayış etdirir. Beynəlxalq platformalarda bir-birinin haqlı mövqeyini qeyd-şərtsiz müdafiə edən iki ölkə eyni kökdən bəhrələnən, eyni məqsədə doğru addımlayan iki qardaş dövlətdir.
Zaman göstərir ki, liderlərin siyasi iradəsi və xalqların mənəvi birliyi olduğu müddətcə Bakı ilə Daşkənd arasındakı bu dostluq körpüsü əbədi olacaq, hər iki respublikaya yalnız sülh, tərəqqi və yeni zəfərlər gətirəcək.
Nurdən Cəfərova
Kükü kənd tam orta məktəbində müəllim, YAP fəalı
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29

