Laçın şəhəri: investisiya, innovasiya və dayanıqlı inkişaf məkanı
26.08.2026 [14:13]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bu şanlı tarix Laçın şəhərinin azadlığa qovuşmasını, rayonun bütövlükdə yeni inkişaf mərhələsinə daxil olmasını və uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıdışını ifadə edir.
Azad və abad Laçın rayonu gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi, nəqliyyat, enerji və turizm sistemində mühüm mövqeyə malik olacaq. Burada həyata keçirilən layihələr bir-birini tamamlayan vahid inkişaf modelinin tərkib hissəsidir. Yeni yollar və hava limanı nəqliyyat imkanlarını genişləndirir, su elektrik stansiyaları enerji potensialını artırır, sənaye və aqro-sənaye layihələri iqtisadi fəallıq yaradır, yaşayış məhəllələri isə Böyük Qayıdışın sosial əsaslarını formalaşdırır.
Laçın Azərbaycanın qərb hissəsində, dağlıq ərazidə yerləşən və coğrafi mövqeyinə görə mühüm əhəmiyyət daşıyan rayonlardan biridir. Rayonun dağlıq relyefi, geniş meşə massivləri, yaylaqları və su ehtiyatları həm təbii sərvətlər, həm də iqtisadi inkişaf baxımından böyük imkanlar yaradır. Laçının coğrafi mövqeyi nəqliyyat və kommunikasiya layihələrində də mühüm rol oynamasına şərait yaradır. İşğaldan sonra bu potensialın yenidən reallaşdırılması regionun ümumi inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. 1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun inkişafını uzun illər dayandırdı. İşğal nəticəsində əhali öz doğma torpaqlarından didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, sosial və iqtisadi infrastruktur məhv edildi. Məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, rabitə və ticarət obyektləri, istehsal sahələri talan edildi. Rayonun tarixi-mədəni irsinə də ciddi ziyan vuruldu. İşğal illərində Laçının təbii sərvətlərindən qanunsuz istifadə edilməsi, coğrafi adların dəyişdirilməsi və demoqrafik vəziyyətə müdaxilə cəhdləri də rayonun tarixi simasına qarşı yönəlmiş siyasətin tərkib hissəsi idi.
Laçının tarixində əsas dönüş 2020-ci ildə baş verdi. Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla Laçında yeni dövr başladı. İşğalın yaratdığı dağıntıların aradan qaldırılması ilə yanaşı, rayonun gələcək inkişafını təmin edəcək uzunmüddətli layihələrin icrasına start verildi. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, bərpa işləri yalnız mövcud obyektlərin yenilənməsi ilə məhdudlaşmır. Laçının gələcək inkişafı müasir şəhərsalma, yaşıl enerji, yeni nəqliyyat infrastrukturu və innovativ iqtisadi fəaliyyət prinsipləri əsasında planlaşdırılır.
Kəlbəcər-Laçın avtomobil yolunun inşası rayonun digər ərazilərlə əlaqələrinin daha da yaxşılaşdırılmasına xidmət edir. 75,8 kilometr uzunluğunda nəzərdə tutulan yolun üzərində çoxsaylı tunel və körpülərin inşası layihənin mürəkkəbliyini və miqyasını nümayiş etdirir. Nəqliyyat əlaqələrinin genişləndirilməsi Laçının yalnız sakinləri üçün deyil, həm də biznes, turizm və investisiya fəaliyyəti üçün yeni imkanlar yaradır. Yolların müasir standartlara uyğunlaşdırılması bölgənin iqtisadi inteqrasiyasını sürətləndirən əsas amillərdən biridir.
Laçının regional əhəmiyyətini artıran ən mühüm layihələrdən biri Laçın Beynəlxalq Hava Limanıdır. Təməli 2021-ci ildə qoyulan hava limanı 2025-ci il mayın 28-də istifadəyə verilib. Qorçu kəndi ərazisində, dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdə yerləşən aeroport Azərbaycanın ən yüksəkdə yerləşən hava limanıdır. Ümumi sahəsi 130 hektardan çox olan hava limanında 3 min metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı yaradılıb. Terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçının turizm, biznes və beynəlxalq əlaqələr baxımından əlçatanlığını artırır.
Böyük Qayıdışın davamlı olması üçün yaşayış infrastrukturu ilə yanaşı, iqtisadi imkanların da yaradılması vacibdir. Bu məqsədlə Laçında sənaye və aqrar layihələr həyata keçirilir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istiqamətlər üzrə müəssisələrin yaradılması planlaşdırılır. Mebel, yeyinti və yüngül sənaye, balıqçılıq, emal və digər sahələrdə fəaliyyət göstərəcək müəssisələr rayon iqtisadiyyatının şaxələndirilməsinə xidmət edəcək.
Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də şəhərin mədəni əhəmiyyətinin artdığını təsdiqləyir. Bu status Laçının beynəlxalq mədəni əməkdaşlıq və humanitar tədbirlər üçün yeni məkana çevrilməsinə imkan verdi. Laçının inkişafının ən mühüm göstəricisi insanların öz doğma torpaqlarına qayıtmasıdır. 2026-cı ilin iyuluna qədər Laçın şəhərində 614 ailənin, 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərində də sakinlərin qayıdışı həyata keçirilib. Yeni yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və digər sosial obyektlər insanların doğma yurdda rahat yaşaması üçün zəruri şərait yaradır. Bu prosesin əsas məqsədi yalnız insanları fiziki olaraq əraziyə qaytarmaq deyil, həmin ərazilərdə dayanıqlı həyat qurmaqdır. Bu gün Laçında həyata keçirilən layihələr bir neçə istiqamətdə rayonun gələcək rolunu müəyyənləşdirir. Nəqliyyat baxımından Laçın yeni yollar və hava limanı ilə regionun əlçatanlığını artırır. Enerji baxımından su elektrik stansiyaları rayonu yaşıl enerji istehsalçısına çevirir.
Laçının tarixində işğaldan azadlığın, tarixi ədalətin bərpasının və yeni həyatın başlanğıcının təntənəsidir. Bu gün Laçın sürətlə dəyişir. Dağıdılmış yaşayış məntəqələrinin yerində yeni evlər, müasir məktəblər və sosial obyektlər yaradılır. Yeni yollar və hava limanı nəqliyyat imkanlarını genişləndirir. Su elektrik stansiyaları yaşıl enerji istehsalını artırır. Sənaye və turizm layihələri iqtisadi fəallığı canlandırır. Ən əsası isə laçınlılar öz doğma torpaqlarına qayıdırlar.
Laçının gələcək inkişafı Qarabağ və Şərqi Zəngəzurun ümumi inkişaf strategiyasının mühüm hissəsidir. Rayonun strateji mövqeyi, təbii ehtiyatları, nəqliyyat imkanları və insan kapitalı onun qarşıdakı illərdə regional əhəmiyyətinin daha da artacağına əsas verir. Laçın bu gün keçmişin yaralarını sağaldan şəhərdən gələcəyin imkanlarını formalaşdıran şəhərə çevrilir. 26 Avqust – Laçın Şəhəri Günü isə bu böyük dəyişimin ən mühüm komponentlərindən biri kimi Azərbaycan xalqının Zəfər yaddaşında özünəməxsus yer tutur.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

