Məktəb mühitində dünyəvilik və sosial bərabərlik...
23.09.2026 [08:37]
Məktəbli geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Yeni qərara əsasən, təhsil müəssisələrində məktəbli formalarının dizaynı və tətbiqi qaydalarında bir sıra yeniliklər nəzərdə tutulur. Yeni qaydalara keçid edilməsində əsas məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin təşviq edilməsi və formalaşdırılmasıdır.
Yeni qaydalar özündə nəyi ehtiva edir?
309 saylı Qərara əsasən müəyyənləşdirilən yeni qaydalar özündə nəyi ehtiva edir? Dəyişikliyə əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə isə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər. Bununla bağlı məktəbin Pedaqoji Şurası müvafiq qərar verməlidir.
Yeni qaydalarda valideynlərin məsuliyyəti artırılır. Belə ki, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.
Bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Qərar qəbul edildiyi tarixdən 5 iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilməlidir.
Məktəb valideynlərin imkanlarını nümayiş etdirdiyi məkana çevrilməməlidir
Yeni qaydalar məktəbli formasının tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğunluğu, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilib. Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir. Sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi nöqteyi-nəzərindən çox vacibdir. Heç bir halda yol vermək olmaz ki, məktəb şagirdin öz valideynlərinin imkanlarını və sərvətlərini nümayiş etdirdiyi bir məkana çevrilsin. Bu halda sosial bərabərsizlik yaranar ki, bu da mütləq qaydada şagirdlərin psixologiyasında özünü göstərər. Eyni zamanda, hansısa bir şagirdin məktəbə dəbdəbəli geyimdə gəlməsi və yaxud bahalı bəzək əşyaları taxması diqqəti əsas məqsəddən - təhsildən yayındırar.
Azərbaycanın dövlət quruluşu dünyəvidir və bu, Konstitusiya ilə təsbit olunub. Təbii ki, Azərbaycan dünyəvi dövlətdirsə, ölkədə təhsil sistemi də dünyəvi xarakterli olmalıdır. Bu, təhsilin məzmununda olduğu kimi, şagirdlərin geyimində də öz əksini tapmalıdır. Burada heç bir halda vicdan azadlığının pozulmasından və yaxud dinlər arasında hansısa bir fərq qoyulmasından söhbət belə gedə bilməz. Azərbaycanda bütün insan və vətəndaş hüquq və azadlıqları təmin olunub. O cümlədən respublikamız tolerant mühiti ilə fərqlənir. Burada bütün xalqların və etiqadların nümayəndələri eyni hüquqlara malikdirlər. Söhbət ölkəmizdə təhsil müəssisələrinin dünyəvi xarakter daşımasından gedir və qaydalar da milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün şagirdlərə aiddir. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.
Burada şagirdlərarası münasibətlər kimi vacib faktoru da diqqətdən qaçırmaq olmaz. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.
Şagirdlərə yaxşı təhsil verilməsi yalnız məktəblərin və müəllimlərin işi deyil. Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə, valideynlərlə məktəb arasında əlaqələr intensivləşməlidir. Valideyn məktəbə, məktəb də valideynə, ailəyə dəstək olmalıdır. Həmçinin geyim kodeksinə riayət olunmasında valideynlərin məsuliyyətinin artırılması məktəb-ailə əməkdaşlığının güclənməsinə bir töhfədir. Bu baxımdan, vahid məktəbli geyimi çox doğru olaraq təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

