Şəhidlərimizin xatirəsi bizim üçün müqəddəsdir
25.09.2026 [12:37]
Azərbaycan xalqı tarixin bütün dövrlərində öz mərdliyi, cəsarəti, qəhrəmanlığı ilə qüdrətini bütün dünyaya sübut edib. Dövlətimizin və xalqımızın ən ağır və ciddi sınaqlara, təhlükələrə məruz qaldığı vaxtlarda canını sipər edən oğul və qızlarımızın sayəsində bu gün dövlətimiz müstəqildir, azaddır və qalibdir. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi də tariximizin qürur dolu əsl qəhrəmanlıq salnaməsidir. Əsrlər, minilliklər keçsə də Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq daim xatırlanacaq və minnətdarlıqla anılacaq.
Tarixə baxsaq görərik ermənilər Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik, işğalçılıq və etnik dözümsüzlük siyasətini davam etdirib, məkrli əməllərindən heç bir zaman əl çəkməyiblər. Çox təəssüflər olsun ki, ürəyində daim Azərbaycana qarşı məkrli düşmənçilik və işğalçılıq siyasəti bəsləyən ermənilər və havadarları üçün 1990-cı ilin əvvəlində yenicə müstəqillik əldə etmiş ölkəmizdəki xaotik vəziyyət əsl münbit şərait yaratdı. Azərbaycanın düşdüyü ağır vəziyyətdən, anti-milli idarəçiliyindən sui-istifadə edərək torpaqlarımızın 20 faizini işğal etməyə müvəffəq oldular. Ermənilərin bu işğalçılıq siyasəti 30 ilə yaxın davam etdi, 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin salındı.
Azərbaycan isə bu illər ərzində torpaqlarımızın sülh yolu ilə azad edilməsi istiqamətində səylərini davam etdirdi, dəfələrlə Ermənistanla dialoqlara gedərək, münaqişənin sülh yolu ilə həllinə çalışdı. Ermənistan isə əksinə olaraq müxtəlif vaxtlarda hərbi, siyasi təxribatlarını davam etdirmiş, cəbhəboyu ərazilərimizlə yanaşı dinc vətəndaşlarımızın yaşadığı, cəbhədən xeyli uzaqlıqda yerləşən şəhər və kəndlərimizə atəş açaraq, günahsız insanların ölümünə səbəb olmuşdur. Ermənistanın sərhəd tanımayan təxribatları, eləcə də münaqişənin sülh yolu ilə həllini süni şəkildə uzatması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, suverenliyini və təhlükəsizliyini qoruması üçün ciddi tədbirlər görməsinə hüquqi əsas verdi.
2020-ci ilin 27 sentyabrında isə Ermənistanın növbəti geniş miqyaslı hərbi əməliyyatlara başlaması Azərbaycanın haqlı olaraq əks-hücum əməliyyatlarına başlamasına gətirib çıxardı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsl qəhrəmanlıq və yenilməzlik göstərdi. 44 gün davam edən Vətən müharibəsində Ermənistanın işğalçı ordusu məğlubiyyətə uğradıldı, tarixi torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, 27 sentyabr tarixi – Vətən müharibəsinin başlandığı gün Azərbaycan tarixinə iri hərflərlə yazıldı. Məhz bu tarixi yaşatmaq, gələcək nəsillərə çatdırmaq, qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncam imzalaydı. Anım Günü hər il müharibənin başlandığı gün - sentyabrın 27-də keçirilir və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini, onların şücaəti və misilsiz qəhrəmanlıq salnamasini insanlara aşılanır.
Şəhidlərimiz bizim and yerimizdir. Şəhidlərimizin vətənpərvərliyə hər kəs üçün əsl örnəkdir, onları daim xatırlamaq, yad etmək isə xalqımızın müqəddəs borcudur. Dövlətimiz və xalqımız qəhrəman övladlarını heç bir zaman unutmur və unutmayacaq. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə hər il ölkəmizdə Anım Gününün qeyd edilməsi şəhidlərimizə göstərilən dərin ehtiramın bariz nümunəsidir.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

