Şəmkirdə 27 sentyabr - Anım Günüündə şəhidlərimizin əziz xatirəsi anıldı
28.09.2026 [10:30]
Şəmkir Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Azərbaycan bayrağını rayon mərkəzindən Şəhidlər Xiyabanına gətirdilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksinin önünə əklil qoydular.
Anım tədbirində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirdi ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçmiş qəhrəman övladlarının xatirəsinə ehtiramını ifadə edən mühüm tarixdir.
Rəşad Tağıyev qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası xalqımızın milli iradəsinin və dövlətimizin ardıcıl siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçilik əsaslarının möhkəmləndirilməsi, ordu quruculuğuna xüsusi diqqət yetirilməsi və hərbi potensialın gücləndirilməsi gələcək Zəfərin mühüm təməllərini formalaşdırdı. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi.
İcra başçısı vurğuladı ki, Azərbaycan Ordusunun gücləndirilməsi, müasir silah və texnika ilə təchiz olunması, hərbi qulluqçuların peşəkarlığının artırılması ölkəmizin ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə bərpa etməsinə imkan yaratdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi 44 gün sonra Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birlik və həmrəyliyi nəticəsində qazanıldı.
Rəşad Tağıyev şəhidlərin Vətən qarşısındakı xidmətlərinin əvəzsiz olduğunu və onların qəhrəmanlığının Azərbaycan tarixində əbədi yaşayacağını bildirdi. Qeyd etdi ki, şəhidlərin xatirəsinin yaşadılması, adlarının əbədiləşdirilməsi və Vətən müharibəsi tarixinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm layihələr həyata keçirilir.
İcra başçısı diqqətə çatdırdı ki, işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi Zəfərin mühüm nəticələrindəndir. Hazırda həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın öz gücü hesabına inkişaf edən dövlət olduğunu nümayiş etdirir.
Rəşad Tağıyev, həmçinin şəhid ailələri və qazilərin dövlətin daim diqqətində olduğunu bildirdi. Şəhid ailələrinin sosial-məişət məsələlərinin həlli, ehtiyaclarının qarşılanması və qazilərin sağlamlığının qorunması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.
İki övladını Vətən uğrunda şəhid vermiş şəhid anası Faya Məmmədova çıxışında şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirdi. O, şəhid ailələrinə göstərilən diqqət və qayğının böyük mənəvi dayaq olduğunu qeyd edərək, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və ailələrinin sosial məsələlərinin həlli ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. Faya Məmmədova övladlarının Vətən uğrunda göstərdiyi qəhrəmanlığın şəhid anaları üçün böyük qürur mənbəyi olduğunu vurğuladı.
Digər çıxış edənlər də 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yer tutduğunu bildirdilər. Çıxışlarda şəhidlərin xatirəsinin daim ehtiramla yad olunmasının, onların həyat və döyüş yolunun gənc nəslə nümunə kimi çatdırılmasının əhəmiyyəti vurğulandı.
Daha sonra məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.
Saat 12:00-da rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırıldı, avtomobillərdən səs siqnalları verildi. İnsanlar şəhid əsgər və zabitlərin ruhu qarşısında baş əyərək onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə etdilər.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

