Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rəqabət Məcəlləsi hazırlanıb

Rəqabət Məcəlləsi hazırlanıb

02.06.2022 [10:20]

Sənəd daxili bazarda azad rəqabəti təmin etmək məqsədi daşıyır

PƏRVİZ

Uzun illərdir ki, müzakirə edilən Rəqabət Məcəlləsinin qəbulu məsələsi yenidən gündəmə gəlib. Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanan məcəllənin layihəsi müvafiq dövlət qurumlarının müsbət rəyi alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib. Xatırladaq ki, Rəqabət Məcəlləsi 2006-cı ildə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb. 16 ildən sonra yenidən hazırlanan Məcəllənin Milli Məclisin payız sessiyasının plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Məcəllənin qəbulunun gecikməsi isə bir sıra məsələlərlə bağlı olub. Bəzi mütəxəssislər ölkəmizdə rəqabətin tənzimlənməsi, inhisarlarla mübarizə, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra qanunların artıq qəbul edildiyini və ya sonradan təkmilləşdirildiyini bildirirlər. Məsələn, “Antiinhisar fəaliyyəti haqqında” qanun” (1993), “Haqsız rəqabət haqqında” qanun” (1995), “Dövlət satın­almaları haqqında” qanun və s. kimi qanunlar artıq qəbul edilib. Yəni, bu sahədə qanunvericilik aktları boşluğu mövcud deyildir, amma bu qanunların təkmilləşməsinə, yeni reallıqların nəzərə alınmasına ehtiyac var. Bu baxımdan, əvvəlcə mövcud olan qanunların yenidən təhlili və onların təkmilləşdirilməsi işləri aparılmalı, sonradan Rəqabət Məcəlləsi qəbul edilməlidir.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” a bölüşən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, artıq məcəllə hazırlanıb və müvafiq strukturlara təqdim olunub. Məcəllə ilə tanış olduğunu bildirən V.Əhmədov qanun toplusunu ki?ayət qədər normal qiymətləndirir: “Çox ciddi bir qanun layihəsidir. Yəqin ki, gələn sessiyada həmin məcəlləni qəbul edəcəyik. Bu qanun bizim üçün çox əhəmiyyətlidir. Məcəllənin qəbulunun məqsədi Azərbaycanın daxili bazarında azad rəqabəti təmin etmək, bazarda inhisarçılığın, monopoliyanın qarşısını almaq, bütün sahibkarlar üçün eyni şəraiti yaratmaqdan ibarətdir. Bu məcəllə qiymət siyasətinə öz təsirini göstərəcək. Düzdür, bu sənədin qısa müddətdə bütün problemlərin qarşısını alacağını da gözləmək düzgün olmaz. Bununla belə, onun işlək olacağına ümid böyükdür. Bunun üçün müəyyən bir orqan da yaradılmalıdır ki, bazarda azad rəqabəti təmin etsin. Rəqabət orqanı yaradılmalıdır. Fikrimcə, bu orqan birbaşa cənab Prezidentə tabe olsa, daha yaxşı olar. Çünki burada ciddi məsələlərdən söhbət gedir”.

Millət vəkili onu da əlavə edib ki, Rəqabət Məcəlləsi üzərində uzun müddətdir ki, işlər gedirdi. Onun qəbul olunmasına maneə törədən bəzi məmurlar vardı: “Məcəllə artıq hazırdır. Bütün orqanlarla faktiki razılaşdırılıb”, - deyə V.Əhmədov qeyd edib.

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30