Birgə Komissiyanın 10-cu iclası...
26.04.2024 [10:37]
Macarıstan şirkətləri Qarabağın bərpasında iştirak edəcək
Nardar BAYRAMLI
Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla əməkdaşlığın inkişafı vacib yer tutur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Qeyd edək ki, aprelin 25-də Bakıda Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib. İclasda iştirak etmək üçün komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Peter Siyarto arasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən Birgə Komissiyanın iclasında S.Babayev Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi, səyləri ilə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Ötən il Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, digər bir sıra əməkdaşlıq sənədlərinin imzalanmasının bu əlaqələrin ən yüksək səviyyəyə qalxaraq daha da inkişaf etməsinə imkan yaratdığı bildirilib. Hökumətlərarası Birgə Komissiyanın da əməkdaşlıq əlaqələrinin getdikcə genişlənməsinə xidmət etdiyi qeyd olunub.
S.Babayev ölkələrimiz arasında ticarət dövriyyəsində artım tempinin olduğu??, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında Macarıstan ilə ticarət dövriyyəsinin 40,49 faiz artdığını bildirib. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların, işgüzar görüşlərin, digər tədbirlərin əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb.
P.Siyarto isə ölkəsi ilə Azərbaycan arasında əlaqələrin ildən-ilə inkişaf etməkdə olduğunu, göstərilən qarşılıqlı səylər nəticəsində əməkdaşlıq gündəliyinin genişlənməkdə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Macarıstan uzun illərdir ki, dost və strateji tərəfdaşdır. Dostluğumuz təkcə maraqlara deyil, həm də ümumi dəyərlərə əsaslanır. Nazir qeyd edib ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır.
P.Siyarto həmçinin deyib ki, Macarıstan şirkətləri Qarabağın yenidən qurulmasında və bərpasında iştirak etməkdə maraqlıdır: “Bu ilin noyabrına qədər Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək. Gələn ilin sonuna qədər Macarıstan şirkətləri bölgənin rekonstruksiyasına töhfə verməyə başlayacaq. Macarıstan regionda sülhün və rifahın bərpası, Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırdır”. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan tərəfindən sərhəd xəttinin müəyyən olunması istiqamətində atılan son addımları alqışlayır.
İclasda daim genişlənən ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkənin enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, ikitərəfli və tranzit yük axınlarının həcminin artırılması, qarşılıqlı investisiyaların təşviqi, habelə kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
S.Babayev və P.Siyarto Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair Protokolu imzalayıblar.
Birgə Komissiyanın həmsədrləri brifinq keçirib, iclasın yekunlarına dair məlumat veriblər. Onlar imzaladıqları sənəddə gələcək əməkdaşlıq istiqamətlərinin əks olunduğunu və Azərbaycan-Macarıstan əlaqələrinin qarşıdakı dövrdə də genişlənməkdə davam edəcəyinə əminliklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

