DİM sədri: Kənd təsərrüfatı ixtisaslarının əksəriyyəti dövlət sifarişlidir
13.08.2026 [13:11]
IV ixtisas qrupu üzrə bu il tibb ixtisaslarında keçid ballarının yüksələcəyi gözlənilir. Kənd təsərrüfatı istiqaməti üzrə isə ötənilki keçid ballarının əsasən qorunacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda deyib.
DİM sədri bildirib ki, IV ixtisas qrupu üzrə ümumilikdə 5 048 plan yeri ayrılıb. Həmin yerlərdən 3 551-i dövlət sifarişi əsasında maliyyələşdirilir ki, bu da ümumi plan yerlərinin təxminən 70 faizini təşkil edir.
Məleykə Abbaszadə qeyd edib ki, IV ixtisas qrupu iki əsas istiqaməti – tibb və kənd təsərrüfatı ixtisaslarını əhatə edir. Onun sözlərinə görə, kənd təsərrüfatı ixtisasları üzrə plan yerlərinin əksəriyyəti dövlət sifarişlidir. Bu isə dövlətin həmin sahə üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığına verdiyi önəmin göstəricisidir.
DİM rəhbərinin sözlərinə görə, 600 və daha yuxarı bal toplayan 1 212 abituriyentin əksəriyyəti tibb istiqamətini seçəcək. Buna görə də tibb, stomatologiya və əczaçılıq ixtisaslarında yüksək müsabiqə vəziyyəti yaranacağı gözlənilir.
Tibb ixtisası üzrə keçid balının ötən illə müqayisədə təxminən 20 bal, 500 bal intervalında yerləşən bəzi ixtisaslar üzrə isə 10 baladək artacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, 400–500 bal intervalında yerləşən ixtisaslar üzrə ötənilki keçid ballarının əsasən qorunacağı, 300–400 bal intervalında isə təxminən 10 bal artımın mümkün olduğu gözlənilir. 200–300 bal intervalında yerləşən ixtisaslar üzrə isə keçid ballarının ötənilki səviyyədə qalacağı ehtimal edilir.
DİM sədri əlavə edib ki, IV ixtisas qrupu üzrə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 5 419 abituriyent müsabiqədə iştirak hüququ qazanıb. Onun sözlərinə görə, bütün abituriyentlər ixtisas seçimlərini düzgün etdikləri halda belə, plan yerlərinin məhdudluğu səbəbindən təxminən 300 nəfər qəbul oluna bilməyəcək.
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

