Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

Çimərlik voleybolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

13.08.2026 [11:35]

Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Tekirdağ bölgəsində təşkil olunan və FIVB reytinq xalları qazandıran açıq çempionatın qalibi olub.

Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 16 komandanın mübarizə apardığı yarışda Azərbaycanı İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyü təmsil edib. Voleybolçularımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə və Leyla Əliyeva cütü isə 16 komanda arasında 4-cü yeri tutub.

Qeyd edək ki, baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə çimərlik voleybolçularımız Türkiyədə daha bir beynəlxalq yarışda çıxış edəcəklər.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31