Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın 30 illiyi və Zəfər Günü münasibətilə YAP Kəlbəcər rayon təşkilatı silsilə tədbirlər keçirir

YAP-ın 30 illiyi və Zəfər Günü münasibətilə YAP Kəlbəcər rayon təşkilatı silsilə tədbirlər keçirir

04.11.2022 [11:37]

3 Noyabr 2022-ci  il tarixində Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektoru ilə birlikdə rayonun 9, 10 və 11 saylı tam orta məktəblərində Zəfər gününə həsr olunmuş tədbir keçirdi.
İlk öncə Umummilli lider Heydər Əliyevin  canlarını ölkəmizin ərazi bütövlüyü   uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər  sektorunun müdiri, YAP Kəlbəcər rayon təşkilatı Təhsil sektoru Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov çıxış edərək bildirdi ki, sentyabrın 27-si səhər saatlarından başlanan Vətən müharibəsi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə böyük zəfərlə başa çatdı. Azərbaycanın yeni tarixinə yazılan bu zəfər, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir. Erməni işğalında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, bütün türk dünyası, eləcə də, dünyada yaşayan qardaş və dost xalqlar bu tarixi günü, əlamətdar günü- müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan Zəfər Gününü böyük şövqlə, görünməmiş sevinc göz yaşıyla, təntənə ilə qeyd edir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayan Namiq Rəcəbov Kəlbəcər tam orta məktəblərində Zəfər günü ilə bağlı birgə keçirilən tədbirlərin  önəmindən danışıb və tədbirlərin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov öz çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələr üçün böyük zəmin yaratdı. Vətən müharibəsi nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir şəhid verilmədən işğaldan azad edildi.
İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq. Bu il 30-çu ildönümünü qeyd etdiyimiz  YAP-nın sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir. YAP qalib xalqımızın zəfər partiyasıdır”.  Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib istənilən şəraitdə Vətən uğrunda hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etdi. Bundan sonra xalqımız qalib xalq, müzəffər xalq kimi yaşamağa başladı. Artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək. Həbib Misirov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Kəlbəcər təhsil sektoruna və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Məktəbin müəllimləri Mənzər Məhərrəmova, Solmaz Mürsəlova və Zümürüd Mirzəyeva çıxış edərək bildirdilər ki, Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tarixinin ən şərəfli səhifəsini yazdı. Qəlbi Vətən və xalq sevgisi ilə döyünən hər bir azərbaycanlıda əbədi qürur hissi yaratdı. Biz bu gün də qalib xalq kimi eyni fəxarətlə tarixi zəfərimizdən bəhs edir, fərəh və sevincimizi bölüşürük. Çünki hər keçən gün qələbəmizin miqyasının nə qədər böyük, qürurumuzun nə qədər sonsuz olduğunu bir daha təsdiqləyir. 8 noyabr Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü.
Tədbirin sonunda məktəblilər Zəfər  gününə və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirdilər.Həmçinin məktəblərin kollektivlərinə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.

Paylaş:
Baxılıb: 297 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30