COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib
24.10.2024 [13:32]
Bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib.
Bu barədə AZƏRTAC-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.
COP29 zamanı nəqliyyat məsələlərinin idarə edilməsini ziyarətçilər üçün asanlaşdırılmasına xidmət edən bu onlayn resurs əlverişli mövqelərdə yerləşən nəqliyyat qovşaqları, eləcə də tədbir və qonaqlama məkanları ilə bağlı əsas məlumatları ehtiva edir.
Nəqliyyat qovşaqları şəbəkəsi şəhərin əlverişli ərazilərini əhatə etməklə yanaşı, bir sıra marşrutları, eləcə də nəqliyyat sxemlərini özündə birləşdirir. Qovşaqlar nümayəndə heyətlərinin və ziyarətçilərin yaşayış yerlərindən Bakı Stadionuna getmələri, habelə marşrut avtobusları, metro xətləri/metro stansiyaları və taksilər də daxil olmaqla, bir sıra multimodal nəqliyyat vasitələrindən asan istifadə imkanını təmin edir.
Yeni istifadəyə verilmiş və COP29 veb-saytında yerləşdirilmiş (transportmap.cop29.az) rəqəmsal nəqliyyat xəritəsi istifadəçilərə əsas nəqliyyat qovşaqlarının mövqelərini göstərmək üçün nəzərdə tutulub. Bu nəqliyyat qovşaqları COP29 müddətində nümayəndə heyətlərinin gediş-gəlişini optimallaşdırmaq və asanlaşdırmaq məqsədilə hazırlanıb və nəqliyyat qovşaqları, tədbir məkanı, o cümlədən qonaqlama məntəqələri arasında nəqliyyat hərəkətlərini effektiv şəkildə özündə birləşdirir.
İstifadəsi rahat olan bu elektron resurs COP29-un nəqliyyat qovşaqları şəbəkəsi, müvafiq marşrut avtobusu xətləri və “Aero Ekspress” avtobusları ilə sərnişindaşıma xidmətləri ilə yanaşı, Bakı Stadionu, o cümlədən Mavi və Yaşıl zonalar, Heydər Əliyev Beynəlxalq Aeroportu, əsas hotellər və yaşayış kompleksləri arasında istiqamətləndirməni təmin edir. Buraya parklanma yerləri və avtobus dayanacaqları, eləcə də minmə və enmə nöqtələri haqqında məlumatlar da daxildir. İstifadəçilər rəqəmsal nəqliyyat xəritəsində müvafiq sahələri qeyd edərək təyinat nöqtələri arasında nəqliyyatla və ya piyada hərəkət üçün ən uyğun marşrutları seçə bilərlər.
Rəqəmsal nəqliyyat xəritəsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin konfrans zamanı ziyarətçi axınını effektiv şəkildə idarə etmək üçün həyata keçirdiyi bir sıra tədbirlərdən biridir və COP29 müddətində həm qonaqlar, həm də şəhər sakinləri üçün rahat və komfortlu hərəkəti təmin edir. Sərnişindaşıma xidmətlərinin etibarlı şəkildə icrasını təmin etmək üçün həyata keçirilən digər tədbirlərə ekspress ictimai avtobuslar, konfrans üçün ayrılmış xüsusi marşrut avtobusları və hava limanına/hava limanından transfer xidmətləri də daxil olmaqla, yüzlərlə taksinin və 400-ə yaxın avtobusun istifadəyə verilməsi daxildir.
Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti noyabrın 11-dən 22-dək keçiriləcək konfrans zamanı akkreditə olunmuş iştirakçılara şəhər və aeroport avtobuslarından, eləcə də ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanı təqdim edir. Nümayəndə heyətləri üçün ödənişsiz marşrut avtobusu xidmətləri ilə yanaşı, ictimai nəqliyyatdan da pulsuz istifadə imkanı UNFCCC tələblərində nəzərdə tutulmasa da, tədbirə ev sahibliyi edən Azərbaycanın üstün səylərini bir daha nümayiş etdirir və COP29 zamanı nümayəndə heyətlərinin Bakıda bir neçə nəqliyyat növündən ödənişsiz istifadə etmələrinə şərait yaradır. Marşrut avtobusu xidmətləri və ictimai nəqliyyatdan (metropoliten, qatarlar və müntəzəm avtobuslar) ödənişsiz istifadə etmək üçün nümayəndələr UNFCCC-nin akkreditasiya və ya təsdiq məktubunu təqdim etməlidirlər. Konfransın nəqliyyat xidmətlərindən istifadə ilə bağlı bütün məlumatlar COP29-un rəsmi veb-saytında yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28

