/ / “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
“Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
26.09.2012 [16:27]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin dəstəyi ilə “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, “Etik jurnalistika təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində təşkil olunan tədbirdə ölkəmizdə medianın mövcud vəziyyəti və problemləri barədə müzakirələr aparılıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia konfransda çıxış edərək, cəmiyyət və medianın qarşılıqlı münasibətlərindən danışıb. O bildirib ki, inkişaf etmək istəyən cəmiyyət mütləq media ilə sıx ünsiyyətdə olmalı, onun imkanlarından faydalanmalıdır.
Aİ-nin fəaliyyətində prioritet istiqamətlərdən birinin media azadlığının məhdudlaşdırılmasına qarşı mübarizə olduğunu qeyd edən R.Kobia Azərbaycanda bu sahədə ciddi problemlərin olmadığını diqqətə çatdırıb. Son 20 ildə Azərbaycanın çox böyük uğurlara imza atdığını bildirən səfir qazanılan nailiyyətlərin, ölkədə bütün sahələrdə görülən işlərin mətbuatda geniş işıqlandırıldığını vurğulayıb, bunu təqdirəlayiq hal kimi dəyərləndirib.
R.Kobia deyib ki, bu ilin noyabrında Azərbaycan internetin idarə olunması ilə bağlı beynəlxalq foruma ev sahibliyi edəcək. Dünyanın nüfuzlu media qurumlarının, bir sıra beynəlxalq təşkilatların, o cümlədən Aİ-nin nümayəndələrinin iştirak edəcəkləri tədbirdə Azərbaycan dünya mediasının diqqət mərkəzində olacaq. Bu, ölkədə bir çox sahələrdə qazanılmış uğurların nümayiş etdirilməsi istiqamətində gözəl fürsət deməkdir. Jurnalistlərin həmin forumda fəal iştirak edəcəklərinə inamını bildirən R.Kobia media təmsilçilərinə işlərində müvəffəqiyyətlər arzulayıb.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra demokratiya, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inkişafı özünün əsas hədəfi seçib, media azadlığının təməl prinsiplərinin bərqərar olunması üçün əlverişli mühitin yaradılması istiqamətində çox işlər görüb.
Vüqar Əliyev deyib ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında söz və məlumat azadlığı, jurnalist, media sərbəstliyi, fikir plüralizmi kimi fundamental prinsiplər əksini tapıb. 1998-ci ildə ölkəmizdə mətbuatın üzərində dövlət nəzarəti funksiyasını həyata keçirən təsisatın-senzuranın fəaliyyətinə xitam verilib. Bununla yanaşı, jurnalistlərin, cəmiyyətin hökumətin əlində olan informasiyalara sərbəst çıxışını təmin etmək üçün mühüm bir qanun qəbul edilib.
“Etik jurnalistika təşəbbüsləri -Azərbaycan” layihəsinin başlanması ilə əlaqədar Bakıya ilk dəfə 18 ay əvvəl gəldiyini qeyd edən Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money-Kyrle Azərbaycanda bu müddətdə böyük dəyişikliklərin baş verdiyini və bunları görməkdən məmnunluğunu bildirib. O, layihənin son tədbiri olan konfransın uğurla başa çatacağına, öz məqsədlərinə nail olacağına əminliyini vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, ATƏT-in Bakı ofisinin təmsilçisi Vüsal Behbudov ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışıb, konfransın bu sahədə əhəmiyyətini qeyd ediblər.
Sonra konfrans işini “Azərbaycanda media azadlığı: mövcud durum və yeni çağırışlar”, “Etik jurnalistika standartlarının yaradılması” mövzularında bölmə iclaslarında davam etdirib.
İclasda Ə.Amaşovun “Azərbaycanda media azadlığı və təhlükəsizliyi: mövcud durum və yeni çağırışlar”, Böyük Britaniya Milli Jurnalistlər Birliyinin eksperti Arjuman Vajidin “Levensondan öyrənilmiş dərslər” mövzularında məruzələri dinlənilərək müzakirə edilib.
Konfrans bu gün işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

