/ / AZƏRBAYCANIN GƏNCLİYİNƏ - GƏLƏCƏYİNƏ YATIRILAN SƏRMAYƏ: Yeni Azərbaycan Partiyası gənclərinin Yay və Qış məktəbləri
AZƏRBAYCANIN GƏNCLİYİNƏ - GƏLƏCƏYİNƏ YATIRILAN SƏRMAYƏ: Yeni Azərbaycan Partiyası gənclərinin Yay və Qış məktəbləri
24.10.2012 [01:02]
Biz bu gün regionda liderlik edən, dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan Azərbaycan Respublikasının gəncləriyik. Biz milli mənsubiyyətimizlə qürur duyur, dövlətimizin və millətimizin daim var olması üçün çalışır, bu yolda öz məsuliyyətimizi dərindən dərk edirik.
Bu gün Azərbaycan gəncliyi bütün istiqamətlərdə dövlətin yüksək qayğı və diqqətini hiss etməkdədir.
Müstəqilliyin qısa tarixi dövründə yüksək ideyalarla, müqəddəs amallarla, milli-mənəvi dəyərlərlə, müasir texnologiyaya əsaslanan elm və təhsilin son nailiyyətləri ilə silahlanan Azərbaycan gəncliyinin əldə etdiyi, həmçinin, dünya gəncləri ilə mədəni və mənəvi inteqrasiyada qazanılmış uğurları millətimizin və dövlətimizin etibarlı gələcəyindən xəbər verir.
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Bu gün əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir.
Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Bu mənada Ümummilli lider Heydər Əliyevin fikirləri gənclər üçün çıraq olmuşdur: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilk, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət edir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi - hüquqi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi bu strategiyanın verdiyi töhfələr bütün dünya xalqlarını heyrətləndirməkdədir.
Məlum olduğu kimi, hazırda ölkə əhalisinin üçdə birini gənclər təşkil edir. Bu gənclərin böyük bir hissəsi ölkənin ictimai-siyasi həyatında xüsusi aktivliyi ilə seçilən ayrı-ayrı gənclər təşkilatlarında fəaliyyət göstərirlər. 200 mindən artıq savadlı, bilik və bacarığı ilə seçilən, milli xarakterli, vətən və dövlətinə sadiq Azərbaycan gənci də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ətrafında birləşib. Tarixi və fəaliyyəti müasir Azərbaycanın dövlətçilik tarixinə çevrilmiş Yeni Azərbaycan Partiyası ətrafında birləşən bu gənclər ordusu da hər bir zaman yüksək qayğı ilə əhatə olunub, onlara partiya rəhbərliyi tərəfindən böyük etimad göstərilib.
Yeni Azərbaycan Partiyası onu seçən hər bir gənc üçün böyük fəaliyyət meydanı, dövlətə, millətə xidmət məktəbidir. Bu səbəbdən də öz dövlətinə və dövlətçiliyinə layiqincə xidmət etmək niyyətində olan gənclik Yeni Azərbaycan Partiyasını seçir, bununla ölkəmizin ictimai-siyasi həyatında öz üzərinə şərəfli məsuliyyət götürür.
Yeni Azərbaycan Partiyası dövlətimizin və millətimizin yaxın və uzaq gələcəyini düşünərək gənclərimizin daha savadlı, intellekli, geniş dünyagörüşlü, müasir texnika və texnologiyanın nailiyyətlərindən yüksək səviyyədə istifadə bacarıqlarına yiyələnmiş şəkildə formalaşması üçün müxtəlif layihələr həyata keçirməkdədir. Bu layihələrdən miqyasına və əhatə etdiyi gənclərin sayına görə ən böyüklərindən biri də partiya üzvü olan aktiv gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyan Yay və Qış məktəbləridir.
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun tövsiyəsi ilə 2007-ci ildən keçirilməyə başlanılan bu məktəblər gənclərin dünyagörüşünün formalaşmasında, onların Vətənə, millətə xidmət ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Hər il 800-dən artıq fəal gəncin iştirak etdiyi Yay və Qış məktəbləri ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən beş ulduzlu hotellərdə və istirahət mərkəzlərində təşkil olunur. Artıq beş ildir ki, partiyanın fəal gəncləri Lənkəran, Lerik, Qəbələ, Oğuz rayonlarında öz asudə vaxtlarını daha səmərəli keçirirlər. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının Azərbaycan gəncləri üçün həyata keçirdiyi bu layihələr təşkilatçılıq baxımından böyük zəhmət, maddi təminat baxımından isə böyük vəsait hesabına başa gəlir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər üçün Yay və Qış məktəblərini gəncliyimizə və gələcəyimizə yatırılan sərmayə kimi dəyərləndirə bilərik.
2012-ci ilin Yay məktəbləri 600 nəfərdən artıq gənci əhatə etməklə bir həftə müddətində Lerik və Oğuz rayonlarında həyata keçirildi. İyul ayının hər bir həftəsində Yay məktəbinə yola salınan gənclərin bütün maddi təminatları partiya tərəfindən təmin edilməklə yanaşı, onların burada keçirdiyi zamanın da səmərəli olması üçün hər bir şərait yaradılmışdır.
“Liderliyə gedən yol” adlanan bu Yay məktəblərinin proqramı zənginliyi ilə seçilirdi. Gənclər üçün bir neçə sahə üzrə təlimlər keçirildi, müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparmaq üçün imkanlar yaradıldı, intellektual və idman yarışları təşkil edildi.
Yay və Qış məktəblərinin gənclər üçün ən əlamətdar cəhəti onların hazırda ölkəmizin ictimai-siyasi həyatında tanınan, dövlətimizin və dövlətçiliyimizin formalaşmasında birbaşa iştirak edən insanlarla görüşləridir. Bu il Yay məktəblərində gənclər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, millət vəkilləri Mübariz Qurbanlı, Hadı Rəcəbli, Asəf Hacıyev, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Sahibə Qafarova, Aydın Mirzəzadə, Mirkazım Kazımov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər tanınmış şəxslərlə fikir mübadiləsi apardılar.
Ənənəvi olaraq təşkil edilən bu məktəblər gənclərin daha sıx münasibətlərinin formalaşmasına, dostluq əlaqələrinin qurulmasına gətirib çıxarır. Sevindirici haldır ki, sonuncu Yay məktəbində ölkəmizin bütün şəhər və rayonlarından gənclər təmsil olunurdular. Bu isə paytaxtda yaşayan və fəaliyyət göstərən gənclərlə region gəncləri arasında münasibətlərin yaranmasına səbəb oldu. Yay məktəblərindən sonra da hər bir qrupun təşkil etdiyi görüşlərdə region gənclərinin də iştirak etməsi bunun əyani göstəricisidir.
Göründüyü kimi, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi Yay və Qış məktəbləri iştirakçı gənclərin bilik və bacarıqlarının artırılması, daha geniş dünyagörüşünün formalaşdırılması, onların Vətənə, millətə sədaqət və xidmət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə və dəyərə malikdir. Savadlı, intellektli, bacarıqlı, mənəviyyatlı gənclik isə müasir Azərbaycanın sabahının etibarlı təminatçısıdır.
Sərraf HÜSEYNOV,
YAP Gənclər Birliyi ofisinin rəhbəri
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34

