Radikal müxalifət seçkilərə “beş ildə bir dəfə ələ düşən bazarlıq fürsəti” kimi baxır
05.09.2013 [09:38]
Və ya anti-azərbaycançıların 20 milyonluq seçki nəziri
Radikal müxalifət düşərgəsində, o cümlədən də, qondarma “Milli şura”da cəm olan partiyaların, siyasi qrupların və ayrı-ayrı şəxslərin qarşıdan gələn seçkilərlə bağlı hazırlıqlarında pul məsələsi qırmızı xətlə keçir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. “Müsavat”ın, AXCP-nin, ACP-nin, “El” hərəkatının rəhbərlərinin, həmçinin, “Milli şura”nın sabiq və indiki “vahid namizəd”lərinin açıqlamalarından belə qənaət hasil olur ki, radikallar seçkilərə hansısa siyasi iddialardan daha çox maddi gözləntilərlə gedirlər. Yəni, onlar seçkiləri “bazarlıq etmək”, süni ajiotaj yaradaraq xaricdəki anti-Azərbaycan dairələrdən daha çox qrant, ianə qoparmaq üçün “beş ildən bir ələ düşən” məqam kimi dəyərləndirirlər.
Azərbaycan cəmiyyəti bir qədər bundan əvvələdək radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”nın qiyabi sədri və qiyabi sabiq “vahid namizəd”i Rüstəm İbrahimbəyovun uzaq məsafədən qondarma qurum təmsilçilərinə bu xüsusda səslənmələrini yaxşı xatırlayır. Qoca kinodramaturq ondan gözlədiklərini əlbəəl almaq üçün onu təkidlə Bakıya çağıran radikalların çılğınlığını “mən gəlsəm, pul olmayacaq” hədələri ilə səngidirdi. Rüstəm İbrahimbəyov radikalların pul xatirinə bəzən acizanə yalvarışla, bəzən də qəzəblə səslənmələrinin qarşılığında bəyan edirdi ki, Bakıya dönəcəyi təqdirdə “Milli şura”nın seçki təbliğatına vəsait ayrılmayacaq. “Milli şura”nın sabiq “vahid namizəd”inin mətbuata verdiyi müsahibədən götürdüyümüz aşağıdakı sitata diqqət yetirək: “Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Deməli, o vəsaiti kimsə təşkil eləməlidir. Vəsaitsiz necə seçki kampaniyası aparmaq olar? Təcrübə göstərir ki, seçki kampaniyası aparmaq üçün bir neçə milyon pul lazımdır. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək?”
Bu məqamda xatırlatmaq yerinə düşər ki, bir müddət öncə ortaya çıxan Azərbaycanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün ayrılmış 20 milyon dolların hələ də hara və hansı məqsədlə xərclənməsi ilə bağlı müəmmalar qalmaqdadır. Məhz bütün bunların fonunda seçkiqabağı dövrdə “Milli şura” formatında və bütövlükdə radikal düşərgədə baş verənlər suallar doğurur, şübhələrə yol açır: Necə ola bilər ki, son 20 ildə radikal düşərgədə, necə deyərlər, at oynadan AXCP-nin sədri Əli Kərimli, “Müsavat”ın başqanı İsa Qəmbər öz siyasi ambisiyalarından geri çəkilən kimi görünərək siyasətdə naşı birisinin çaldığı havaya qol götürüb oynasınlar? Belə bir halı tam cəsarətlə dünya siyasət tarixinin “nonses”ləri siyahısına aid etmək mümkündür. Ancaq Əli Kərimli və İsa Qəmbər üçün nə qədər utancverici bir gerçəklik olsa da, bu mövzu hələ uzun müddət müzakirələrdən çıxarılmayacaq. Fakt ortadadır ki, özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan Əli Kərimli və İsa Qəmbər (bu sıraya Rəsul Quliyevin, Lalə Şövkətin də adlarını əlavə edək, Eldar Namazov barəsində isə ayrıca söhbət açacağıq-M.A.) bir kələkbazın, sərgüzəştsevənin felinə uymuşlar.
Ancaq prosesləri izləyən siyasi müşahidəçilər adıçəkilən partiya rəhbərlərinin buraxdıqları “siyasi səhvin” arxasında “obyektiv səbəblərin” dayandığını bildirirlər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Əli Kərimli, İsa Qəmbər və digərləri Rüstəm İbrahimbəyovun pul vədlərinə şirnikləniblər. Onlar düşünürdülər ki, qoca kinodramaturqdan “siyasətçi” düzəltməyin, onu dəstəkləməyin müqabilində xaricdəki maraqlı dairələrdən radikal müxalifətin seçki xərclərinə ayrılacaq vəsaitləri elə Rüstəm İbrahimbəyovun əli ilə mənimsəyəcəklər.
Lakin zəlzələdən və yaxud vəlvələdən, bu, baş vermədi. İsa Qəmbər “Milli şura” təmsilçilərinin məşhur Tbilisi toplantısında “örtülü bazar”ı pozaraq qoca kinodramaturqa “Müsavat”dan gələn dəstəyin müqabilində partiyaya çatan qəpik-quruşdan gileyləndi. Belə olanda Rüstəm İbrahimbəyov “pançosu” Eldar Namazovu yanına çağıraraq onu seçki pullarını fırıldaqçılıqla mənimsədiyinə görə danladı.
Son vaxtlaradək xüsusi bir canfəşanlıqla “Rüstəm İbrahimbəyovdan yoxdur”, “Rüstəm İbrahimbəyov Vətənə dönə bilmirsə, seçkiləri boykot edək!” deyən Əli Kərimlinin Tbilisi toplantısından sonra mövqeyini 180 dərəcə dəyişməsinin, yeni “vahid namizəd” ideyasını dəstəkləməsinin əsasında da yenə pul söhbətinin dayandığı bildirilir. AXCP-nin sədri xaricdəki antimilli dairələrin Rüstəm İbrahimbəyov vasitəsilə radikal müxalifətin seçki xərclərinə ayıracaqları pulları mənimsəmək fürsətinin əldən getmək üzrə olduğunu dərk etdiyi məqamdan yeni “vahid namizəd”in yanındadır. İndi o, seçkilərdən əvvəlcədən təxmin etdiyi kimi, “hallı-dullu” çıxmaq üçün planlarını Cəmil Həsənov ilə qurur, “mənim yetirməmdir” deyərək onu öz qoltuğunun altına sığındırmaq istəyir.
Adı xaricdəki antimilli dairələrin radikal müxalifət düşərgəsinin seçki xərcləri üçün ayırdığı maliyyə vəsaitlərini talamaqda, üzə çıxarmamaqda keçən reneqat Eldar Namazov məlum toplantıda koordinator Rüstəm İbrahimbəyovdan aldığı tənələrin üstünü malalamaq, özünüreabilitasiya etmək cəhdləri hələ bir nəticə verməmiş rəhbəri olduğu “El” hərəkatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimovdan növbəti zərbəni aldı. Sonuncu mətbuata və Baş Prokurorluğa ünvanladığı müraciətində açıq mətnlə bildirdi ki, Rüstəm İbrahimbəyov “Milli şura” təmsilçilərinin seçki xərclərinin təmin olunması məqsədilə hər ay reneqata 20 min xarici valyuta məbləğində vəsait göndərib. Eldar Namazov isə bu pulları heç “uf” da demədən mənimsəyib və yaxud digər istiqamətlərə yönəldib. Təsadüfi deyil ki, bu məlumatlar ictimailəşəndən sonra reneqat Eldar Namazov “Milli şura”da küncə sıxışdırılıb, hətta onun qurumdan birdəfəlik uzaqlaşdırılması məsələsi gündəmə gəlib.
Bütün bu deyilənlər başda Rüstəm İbrahimbəyov olmaqla “Milli şura” təmsilçilərinin xaricdəki antimilli dairələrin radikalların seçki xərcləri üçün ayırdıqları maliyyə vəsaitlərini gizli, bir-birlərindən xəbərsiz vasitələrlə tar-mar etmək istəklərinın heç də hamısı deyil. Radikal düşərgənin özündə də belə hesab edirlər ki, qoca kinodramaturqun “Milli şura”nın seçki xərcləri üçün xarici dairələrdən aldığı vəsaitin həcmi onun hər ay Eldar Namazova göndərdiyi miqdardan qat-qat çoxdur. Məsələn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu xüsusda belə yazır: “Rüstəm bəyə gəlincə... Özünün də bizim qəzetdə anons etdiyi kimi, məlum olur ki, bu seçki üçün xeyli para toplayıb. Onun kiçik bir qismini “El” hərəkatı son mitinqdə bayrağa-filana xərcləyib. Qalanları isə qalır, yəqin.
İnanmaq istərdim ki, R. İbrahimbəyov gözünü yolda qoyduğu müxalifətdən ondan gözlənilən yeganə şeyi əsirgəməyəcək...”
Haqqında bəhs olunan böyük pulların və bu pullar uğrunda çəkişmələrin müqabilində Rüstəm İbrahimbəyovun ortaya “1 manat” söhbəti atması və yaxud Əli Kərimlinin “vahid namizəd”in təbliğat-təşviqat kampaniyası üçün fond yaratmaqla bağlı çağırış etməsi gülünc görünür. Aydındır ki, radikallar nəzir toplamağa bənzər bu kimi çağırışları onların seçki kampaniyalarına pul buraxan xaricdəki məlum dairələrin haqq-hesab tələblərini önləmək və maliyyə fırıldaqlarını ört-basdır etmək üçün düşünüblər.
Məsələn, Əli Kərimli deyib ki Cəmil Həsənovun adına artıq hesab açılıb: “Unutmayaq ki, birləşmiş müxalifətin “vahid namizəd”inin hesabına toplanacaq pul nə Cəmil müəllim, nə də “Milli şura” üçündür. Toplanmış vəsait özümüzün, ailəmizin, ölkəmizin sabahına yatırılan investisiyadır”.
Ə.Kərimli xalqı C.Həsənovun seçki kampaniyasını fəal şəkildə maliyyələşdirməyə çağırıb.
İnternetdə məşhur fırıldaqçılar da insanlardan pul qoparmaq üçün oxşar fikirlərdən istifadə edirlər. Əli Kərimlidən soruşmaq lazımdır ki, bu günə kimi xarici fondlardan, daxili mənbələrdən aldığı “sərmayələri” hara yatırıb? Oğlunu Londonda hansı pulla oxutdurur? Cangüdənlərini nə ilə saxlayır? Həftədə bir maşını necə dəyişir? Bunların hesabını vermədən xalqı necə inandırmaq olar ki, “Milli şura”ya pul versin?! Ən əsası, görəsən, Ə.Kərimli “Milli şura”nın sərsəm layihəsinə “investisiya” yatıracaq sarsaqları haradan tapacaq? Qeyri-qanuni aksiyalara görə gənclər cərimələnəndə elliklə yığışıb 10 mini zorla topladınız. Böyük əminliklə demək olar ki, uzaq başı mitinqə çıxan o 800-900 nəfərdən artıq heç kim C.Həsənovun bank hesabına pul köçürməyəcək.
Əslində, bu çağırış “Uzaq sahillərdə” filmindəki bir epizodu yada salır. Alman zabiti deyir: “Aclıq onları Rasselineni oğurlamağa məcbur edib”.
Oradakı partizanların vəziyyəti aydın idi, bəs Əli Kərimliyə nə olub ki, o, bu hala düşüb, pul dilənir. Bir az əvvəl Rüstəm İbrahimbəyov da “KVN”çi Vado Korovinsayağı deyirdi: “Bağışlayın, sizdə bir manat olmaz?”. İndi də bu.
Bu arada KİV-ə açıqlamasında da dublyor Cəmil Həsənov bildirib: “Bizim gücümüz öz imicimizdədir. Biz əlavə imic düzəltməklə seçkidə uğur qazana bilmərik. Ona görə də, biz maliyyə xərclərinin həmin hissəsinə qənaət edəcəyik”.
Bu məqamda “Milli şura”da əsas simaları götürək və onların imicinə baxaq. İsa Qəmbərlə Əli Kərimliyə artıq “Əməkdar müxalifət xadimi” adları verilməlidir. AXC-“Müsavat” hakimiyyətinin qalıqları olaraq onlar heç zaman xalq tərəfindən dəstəklənməyiblər, adları çoxsaylı qalmaqallarda hallanıb. Rəsul Quliyev “mafioz”, R.İbrahimbəyov kosmopolit və ermənipərəst, Eldar Namazov reneqat... Bu imiclə “Milli şura” hara və nə vaxtacan gedəcək? Cəmil Həsənov yəqin onu nəzərdə tutub ki, bunların imiclərini düzəltmək üçün heç böyük dövlətlərin büdcəsi də yetməz. Ona görə də, belə məsələlərə pul sərf etmək lazım deyil.
Və son olaraq “Milli şura”nın sessiyasında Cəmil Həsənovun seçki qərargahının həmsədri Arif Hacılı görülən işlərlə bağlı hesabat verib və bildirib ki, namizədin seçki fonduna bu günə qədər 509 manat vəsait yığılıb.
Beləliklə, 509 manat “Milli şura”nın “gücünün” göstəricisidir. 3 min manat da R.İbrahimbəyov verəcək (əgər verəcəksə-M. A.), 800-900 nəfər 1 manatdan yığacaq, bu da, ümumilikdə, 5 minə yaxın pul edir. Əli Kərimlinin Londonda oxuyan oğlunun heç restoran pulu eləmir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

