/ / Nizami rayonunda seçkiləri izləyən beynəlxalq müşahidəçilər prosesin şəffaf və qanunlara uyğun keçdiyini bildiriblər
Nizami rayonunda seçkiləri izləyən beynəlxalq müşahidəçilər prosesin şəffaf və qanunlara uyğun keçdiyini bildiriblər
10.10.2013 [17:55]
Vətəndaşlar da məntəqələrdə səsvermənin yüksək səviyyədə təşkil olunduğunu, tam sərbəst şəkildə səs verdiklərini deyiblər
Məlum olduğu kimi, dünən ölkəmizdə keçirilən prezident seçkiləri vətəndaşların aktiv iştirakı, prosesin şəffaf və qaydalara uyğun şəkildə keçməsi ilə yadda qaldı. Eyni zamanda, baş çəkdiyimiz 24 saylı Nizami I seçki dairəsi və 25 saylı Nizami II seçki dairəsində seçkilərin azad və demokratik şəraitdə keçməsini həm seçicilər, həm də beynəlxalq müşahidəçilər qeyd ediblər.
24 saylı Nizami I seçki dairəsinin 1 saylı məntəqəsinin sədri Həqiqət Əsgərova seçici siyahısında 1340 nəfərin adının olduğunu deyib, prosesin gedişatını isə müsbət qiymətləndirib: “Seçici fəallığı yüksək səviyyədə olub, proses normal və sakit şəraitdə baş tutub. Seçki mənqələrində ən yüksək səviyyədə təşkil olunmuş səsvermə prosesində seçicilərin rahatlığı, müşahidəçilərin normal fəaliyyəti üçün lazımı şərait yaradılıb. Gün ərzində məntəqədə müşahidə aparan xarici müşahidəçilər də səsvermənin normal getdiyinin, heç bir qanun pozuntusunun baş vermədiyinin şahidi oldular”.
Həmin məntəqədə məşvərətçi səs hüququ ilə təmsil olunan Əli Əsgərov da səsvermənin yüksək səviyyədə getdiyini söyləyib: “Vəziyyət çox yaxşıdır, insanlar sərbəst şəkildə öz səslərini veriblər. Seçkilər qaydalara uyğun aparılıb, heç bir qanunsuzluq müşahidə olunmayıb”.
24 saylı Nizami I seçki dairəsinin 2 saylı məntəqəsinin sədri Almaz Əsgərova seçici fəallığının əvvəlki illərlə müqayisədə xeyli yüksək olduğunu deyib: “Vətəndaşlar səsvermədə çox yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Xarici müşahidəçilər də gördülər ki, burada çox şəffaf, demokratik seçki keçirildi. Müxtəlif partiyalardan olan müşahidəçilər də prosesi müşahidə ediblər və irad tutulası hər hansı səbəb yaranmayıb. Hər şey göz qarşısındadır”.
Seçkiləri müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) nümayəndələri səsvermənin yüksək səviyyədə keçirildiyini bildiriblər. Belə ki, 24 saylı Nizami I seçki dairəsində və 25 saylı Nizami II seçki dairəsində müşahidələr aparan İCAPP-ın Daimi Komitəsinin həmsədri və Baş katibi Çanq Eui Yonq seçkilərin sakit şəraitdə keçdiyini deyib: “Seçkilər çox şəffaf şəraitdə keçirilib, heç bir qanun pozuntusunun şahidi olmadım. İnsanların istədikləri namizədə səs vermələrinə şərait yaradılıb. Bütün bunlar onu göstərir ki, gənc demokratik respublika olan Azərbaycan doğru istiqamətdə irəliləyir. Müşahidələrim əsasında deyə bilərəm ki, seçkilərin nəticələri xalqın iradəsini ifadə edəcək”.
İCAPP-ın nümayəndəsi, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici əlaqələr komissiyasının vitse-prezidenti Vuong Thua Phonq 24 saylı Nizami I seçki dairəsində və 25 saylı Nizami II seçki dairəsində apardığı müşahidələrin onda müsbət təəssürat yaratdığını deyib: “Seçkilər tamamilə normal şəraitdə, heç bir qanun pozuntusu olmadan keçirildi. Seçicilərin aktivliyi kifayət qədər yüksək olub, proses şəffaf və sakit şəraitdə keçib”.
Seçkiləri 24 saylı Nizami I seçki dairəsinin 1 və 2 saylı məntəqələrində müşahidə edən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri də prosesin gedişatını olduqca müsbət qiymətləndiriblər. Təşkilatın nümayəndəsi Stilianos İohannidis Azərbaycanda 4 gündür ki, seçkilər prosesini müşahidə etdiklərini deyib: “Deməliyəm ki, məntəqələrdə gözəl, sakit və təmiz şərait yaradılıb. Hər şey yaxşı təşkil olunub, insanların səs verməsinə heç bir maneə olmayıb. Başqa ölkələrlə müqayisə etdikdə, səsvermə məntəqələrində işlərin səliqəli və yaxşı təşkil olunduğunu deyə bilərəm”.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndəsi Qriqori Papanastasiu da səsvermənin yüksək səviyyədə baş tutduğunu deyib: “İnsanlar çox təbii görünürlər, hiss olunur ki, onları səs verməyə heç kim məcbur etmir. Bülletenlərin hazırlanması, texniki məsələlər yüksək səviyyədədir. Stolların üstündə seçicilərin siyahısı var, Seçki Məcəlləsi var, istənilən adam götürüb oxuya bilər, hər şey dəqiqdir, qaydalara uyğundur. Bütövlükdə, səsvermə prosesi yüksək səviyyədə keçib”.
Nizami I seçki dairəsinin 1 saylı məntəqəsində ilk dəfə səs verən 19 yaşlı Nazənin Adilova seçki iştirakının onda xoş təəssürat yaratdığını deyib: “Tamamilə sərbəst şəkildə, heç bir təzyiq olmadan öz namizədimə səs verdim”.
Nizami I seçki dairəsinin 2 saylı məntəqəsində səs verən Elşən Hacıyev prosesin təşkilindən razılıq ifadə edib: “İnsanlara sərbəst və azad şəraitdə səs vermələri üçün lazımi şərait yaradılıb. Mən də digər vətəndaşlar kimi, rahat və müstəqil şəkildə səs verdim”.
25 saylı Nizami II seçki dairəsinin 17 saylı məntəqənin sədri Akif Rəsulov seçici siyahısında 1575 seçicinin olduğunu deyib: “Seçicilərin fəallığı hiss olunub, heç bir narahatlıq doğuran hadisə baş verməyib. Yerli və xarici təşkilatlardan olan müşahidəçilər də seçkilərin yüksək səviyyədə getdiyini bildiriblər”.
25 saylı Nizami II seçki dairəsinin 18 saylı məntəqəsinin sədri Vahid Bayramov seçicilərin sayının siyahı üzrə 1387 nəfər olduğunu, 4 nəfərin həmin ərazidə qeydiyyatdan çıxdığı üçün faktiki sayın 1383 nəfər olduğunu deyib: “Səsvermənin gedişatına gəlincə, seçkilər tam sakit və qaydalara uyğun şəraitdə baş tutub. Məntəqədə veb-kamera da yerləşdirilib. İnsanların öz iradəsini sərbəst ifadə etməsi üçün hər bir şərait yaradılıb”.
25 saylı Nizami II seçki dairəsinin 19 saylı məntəqəsinin sədri Maral Seyidəliyeva seçici siyahısında 1350 nəfərin adının olduğunu deyib: “Əminliklə deyə bilərəm ki, seçkilər yüksək səviyyədə baş tutub. İnsanlar məntəqəyə böyük həvəslə öz seçimlərini etməyə gəlirdilər”.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

