/ / Azərbaycan Mətbuat Şurası və “o-film” studiyasının yeni layihəsi “hay ver mənə, cənab leytenant...” Cəlilabadda təqdim olunub
Azərbaycan Mətbuat Şurası və “o-film” studiyasının yeni layihəsi “hay ver mənə, cənab leytenant...” Cəlilabadda təqdim olunub
08.11.2013 [09:17]
Bitməmiş müharibənin qəhrəmanları - Azərbaycan Mətbuat Şurası və “O-film” studiyası yeni layihələrinə bu adı seçərkən nəzərə alıblar ki, hələ Qarabağ savaşı bitməyib. Düşmən taptağı altında olan torpaqlarımız Vətən igidlərinin, yeni şəhadətə, şücaətə hazır övladlarının yolunu gözləyir. Şəhidlərimizin nigaran ruhları, bu yolda sağlamlığını, sevincini, yurd-yuvasını itirmiş insanların nigaran baxışları onları rəşadətə səsləyir. Layihə çərçivəsində çəkilməsi nəzərdə tutulan 12 filmin qayəsini bu məram təşkil edir. Filmlərdə cəmiyyətə, gənc nəslə örnək məqsədilə şəhidlərlə yanaşı canlı qəhrəmanların da obrazlarının yaradılması qarşıya məqsəd qoyulub. Təqdimat mərasimlərinin Bakıda və həmin igidlərin boya-başa çatdıqları bölgələrdə nümayişi planlaşdırılıb.
Artıq “Hay ver mənə, cənab leytenant...” adlı ilk film hazırdır. Milli ordumuzun zabiti, şəhid Fərid Əhmədova həsr olunan ekran əsərinin ideya müəllifi Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Malik Həsənov, baş məsləhətçisi Mətbuat Şurasının sədri Əflatun Amaşov, ssenari müəllifi Kəmalə Mirzəyeva, layihə rəhbəri isə tanınmış jurnalist Bəxtiyar Qaracadır.
Filmin yaradıcıları noyabrın 5-də Cəlilabada təqdimat mərasiminə təşrif gətiriblər. Həmin gün təsadüfi seçilməyib. Nəzərə alınıb ki, Prezidentimiz İlham Əliyevin təkidi sayəsində düşmən əlindən alınan şəhid leytenantın cənazəsi məhz 2010-cu il noyabrın 5-də Cəlilabad şəhərinə gətirilib və həmyerliləri yollara gül-çiçək səpməklə fəxarət hisslərini nümayiş etdiriblər. Elə bu rəğbət hissi mərasimin düzənləndiyi rayon mədəniyyət evindəki izdihamdan da duyulurdu. Şəhidin doğmaları, icra strukturlarının, ictimaiyyətin nümayəndələri, Azərbaycan Mətbuat Şurasının təmsilçiəri tədbirdə iştirak edirdilər.
Mərasimi rayon icra hakimiyyəti başçısının birinci müavini Asif Əzizov açaraq bu yurdun övladlarının rəşadət tarixindən bəhs edib, Qarabağ müharibəsinin də şanlı salnamənin şərəfli səhifələrindən olduğunu deyib. Müharibədə 5 nəfərin Milli Qəhrəman adına layiq görüldüyünü, 139 nəfərin şəhid olduğunu, 31 nəfərin itkin düşdüyünü, 61 nəfərin ömürlük şikəst olduğunu nəzərə çatdıraraq bildirib ki, Vətən yolunda şücaət göstərən hər bir cəlilabadlı, onların ailələri qayğı və diqqət mərkəzindədir. O, Bakıda İkinci Fəxri Xiyabanda dəfn olunmuş Fərid Əhmədovun da doğmalarına belə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Layihənin indiki məqamda xüsusi aktuallığa malik olduğunu vurğulayaraq iştirakçıları həmyerliləri barədə flimə baxmağa dəvət edib.
Filmin nümayişindən sonra müzakirələr başlayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışına məşhur “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” deyimi ilə başlayıb. “Fərid öz şəhadəti ilə bunu bizə aşılayıb. O öz nümunəsində bizləri qələbəyə bir addım da yaxınlaşdırıb. Film yalnız Fərid haqqında ballada deyil, bu eyni zamanda qəhrəmanın anasının, doğmalarının, yerlilərinin balladasıdır. Bu mənada “O-film” studiyasına minnətdarlığımı bildirirəm. Belə filmlər bizə lazımdır”. Ə.Amaşov Azərbaycanın regionda ən güclü orduya malik olduğunu bildirərək qeyd edib ki, əgər torpaqlarımızın dinc yolla qaytarılması mümkün olmasa onda yenidən Fərid kimi igidlərimiz öz sözlərini deyəcəklər. Şura sədri növbəti filmin də məhz cəlilabadlı şəhidə - kapitan Əhməd Abdullayevə həsr olunacağını və burada nümayiş etdiriləcəyini vurğulayıb.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli filmin qəhrəmanının həmyerlisi olması ilə fəxr etdiyini deyib. O, cəlilabadlıların tarixin bütün dönəmlərində qəhrəmanlıqlara imza atdıqlarını söyləyərək belə igidlərin ekranda obrazlarının yaradılmasını müsbət xidmət nümunəsi kimi dəyərləndirib.
Layihə rəhbəri Bəxtiyar Qaraca bildirib ki, bu filmin nümayişində məqsədi heç də auditoriyaya kədərli anlar yaşatmaq deyil: “İnsanlar belə filmlərə baxaraq vətənpərvərlik dərsi götürməlidirlər. Yaxşı, qürurverici nümunələrə baxaraq tərbiyə olunmalıdırlar. Bizim filmlərimiz qəhrəmanlarımızın taleyindən qaynaqlanır. Belə talelər olmasaydı, filmlərimiz də olmazdı”.
“20 Yanvar” Cəmiyyəti Cəlilabad rayon şöbəsinin sədri, şəhid atası Mirşamil Mürsəlov filmi ərsəyə gətirənlərin zəhmətini yüksək dəyərləndirib, gələcək çəkilişlər zamanı diqqət yetirilməsi vacib sayılan məqamlardan söhbət açıb.
Şəhidin anası Nərgiz Əhmədova isə “Vətəni sevmək imandandır” məsəli ilə duyğularını bölüşərək filmi ərsəyə gətirənlərə minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

