Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Gənclər ölkəmizin milli təhlükəsizliyinin gələcək təminatçılarıdır

Gənclər ölkəmizin milli təhlükəsizliyinin gələcək təminatçılarıdır

18.03.2014 [09:16]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi ərəfəsində “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə, təhsilə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.
Akademiyanın akt zalında davam etdirilən konfransda Dövlət himni səsləndirilib.
Nazirliyin əməkdaşlarının, ali təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin, tanınmış politoloq və tarixşünasların iştirak etdikləri konfransı DİA-nın rektoru, akademik Urxan Ələkbərov açıb. Rektor milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb, Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləyib. Bildirilib ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz harada olmasına baxmayaraq, müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar.
Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor qarşıdan gələn peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev çıxışında 95 il öncə yaradılan Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixindən bəhs edib. Bildirib ki, Azərbaycanın ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahı nəzdində Kəşfiyyat və Əks-Kəşfiyyat Bölməsi kimi fəaliyyətə başlayıb. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığını diqqətə çatdıran general-mayor E.Əliyev deyib ki, beləliklə də həmin illərdə gələcək milli xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanıb.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına imkan verib. Bütün bunlar təhlükəsizlik orqanlarının ölkənin ümumi tərəqqisinin möhkəm təməllərinin qoyulmasında daha yaxından iştirakına şərait yaradıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın sivil, demokratik, hüquqi dövlət kimi inkişafına yönəlmiş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi üçün əlverişli şəraitin yaradılmasında MTN əməkdaşları da yaxından iştirak edirlər. Terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdəki səmərəli fəaliyyət, Prezident İlham Əliyevin rəhbərliyi, dövlət strukturlarının və hüquq mühafizə orqanlarının birgə səyləri ilə yaradılmış təhlükəsizlik mühiti və sabitlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
Ən ağrılı problemimiz olan Ermənistanın ölkəmizə hərbi təcavüzündən də danışan nazir müavini qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində çalışmaq milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının ən başlıca vəzifəsi və Vətən qarşısında övladlıq borcudur.
General-mayor E.Əliyev deyib: “Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın gələcəyinə hesablanmış çoxsaylı layihələr və ideyalar həyata keçirilir. Bunların böyük əksəriyyəti məhz gənclərlə bağlıdır. Çünki gənclik böyük yaradıcı qüvvə olmaqla sabaha, inkişafa və tərəqqiyə istiqamətlənmişdir. Mən neft kapitalının insan kapitalına çevrilməsi ideyasını xüsusi qeyd etmək istərdim. Strateji əhəmiyyət daşıyan bu ideyanın əsasında yüksək intellektual səviyyəyə və mənəvi keyfiyyətlərə malik, fiziki cəhətdən sağlam gəncliyin yetişdirilməsi, mövcud potensialın ardıcıl surətdə inkişaf etdirilməsi dayanır. Bu sahədə bütün dövlət orqanlarının, xüsusilə təhsil müəssisələrinin üzərinə çox böyük vəzifələr düşür. Çünki hər şeydən əvvəl ölkənin gələcək intellektual inkişafında iştirak edəcək kadrların hazırlanması işi daim təkmilləşdirilməli, dünyanın aparıcı dövlətlərinin təcrübəsi öyrənilib tətbiq olunmalıdır”.
“Gənclər ölkəmizin milli təhlükəsizliyinin gələcək təminatçılarıdırlar. Bu, böyük məsuliyyətdir”, - deyən milli təhlükəsizlik nazirinin müavini vurğulayıb ki, gənc nəsil sabah milli maraqlarımızın bütün istiqamətlərdə etibarlı təmin olunmasında, milli təhlükəsizlik sahəsində qərarların qəbulunda iştirak edəcək. Milli təhlükəsizliyin təminatında iştirak etmək yalnız hər hansı dövlət strukturunda çalışaraq vəzifə tutmaq kimi başa düşülməməlidir. Milli təhlükəsizliyə töhfə ailədən və təhsil müəssisəsindən başlayır. Bu, vətəndaşlıq məsuliyyətinin dərk edilməsi, müntəzəm çalışmaq və hərtərəfli mütəxəssis kimi yetişməkdir.
Sonra akademiyanın tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova, tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə, Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və DİA-nın inzibati idarəetmə fakültəsinin tələbəsi Toğrul Niyazlı çıxış ediblər.
Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, Ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən “Xüsusi funksiya” adlı sənədli film nümayiş olunub.

Paylaş:
Baxılıb: 1334 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30