Azərbaycan: davamlı yüksəlişə aparan kurs
10.04.2014 [09:10]
Dünyada iqtisadi böhrandan əziyyət çəkən ölkələr az deyil. Hətta ən çox inkişaf etmiş dövlətlərdə belə bu problem narahatlıq doğurur. Bunun fonunda Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafa nail olması ekspertlərin marağına səbəb olub. Həmin mənada ölkəmizin təcrübəsindən yararlanmağa çalışanlar az deyil. Xüsusilə, son zamanlar qlobal geosiyasətdə özünü göstərən ziddiyyətli proseslər kontekstində Azərbaycanın regional və qlobal miqyasda oynadığı rolun təhlilinə ehtiyac artıb.
Davamlı inkişafın Azərbaycan nümunəsi
Dünya üçün təhlükəsizlik və davamlı inkişaf məsələləri son dərəcə ciddi əhəmiyyət kəsb edir. Müxtəlif regionlarda geosiyasi gərginliklər narahatlıq yaradır. Suriya, Misir, İraq və son olaraq Ukrayna hadisələri geosiyasətdə düşündürücü problemlərin olduğunu təsdiq edir. Cənubi Qafqaz da həssas və mürəkkəb bir geosiyasi məkan kimi qəbul edilir. Belə bir şəraitdə region dövlətlərinin uğurlu inkişaf kursunu müəyyən etmək kifayət qədər çətin məsələdir. Ancaq Azərbaycan təcrübəsi bunun tamamilə mümkün olduğunun göstəricisidir.
Cənubi Qafqazda müstəqil dövlətin, ümumiyyətlə, mövcud olması 3 səviyyədə olan faktorlardan asılıdır. Hər şeydən əvvəl, regionda yerləşən hər bir dövlətin özünəməxsus tarixi təkamül yolu var. Sonra, hazırda regional miqyasda bir neçə ziddiyyət mövcuddur. Onlar iqtisadi, siyasi, geosiyasi və hərbi xarakterlidir. Nəhayət, qlobal geosiyasətdə özünü göstərən mürəkkəbliklər Cənubi Qafqaz dövlətlərinin həm mövcudluğuna, həm də inkişaf strategiyasına ciddi təsir etməkdədir.
Bu 3 fərqli amilin birlikdə özünü göstərməsi olduqca çətin vəziyyət yaradır. Azərbaycan müstəqillik dövründə sübut etdi ki, onun seçdiyi inkişaf kursu əsaslıdır və ölkəni uğurlardan uğurlara apara bilir. Prezident İlham Əliyevin bu kontekstdə ifadə etdiyi aşağıdakı fikirlər reallığı dəqiq və dolğun əks etdirir: “Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir” (bax: Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində İlham Əliyevin nitqi / “Xalq qəzeti”, 3 sentyabr 2010, s. 1-3).
Dövlət başçısının bu fikirləri tarixi əhəmiyyət kəsb edir. Çünki dövlət quruculuğu aspektində qısa bir zamanda “gənc” dövlətin başqaları üçün də nümunə ola biləcək “təcrübəli ölkə” halına gəlməsi sıçrayışlı inkişaf əlamətidir. Məsələ ondan ibarətdir ki, Azərbaycan keçən müddətdə bu məqsədə iqtisadi, enerji, sosial, siyasi, mədəni və hərbi sahələri sinxron inkişaf etdirməklə çatıb. Bundan başqa, həmin proses ölkənin qlobal miqyasda geosiyasi təhlükəsizliyini təmin etmək vəzifəsi ilə paralel həyata keçirilib. Bu iki nəhəng işin uyğunlaşdırılması sözün həqiqi mənasında nümunəvi təcrübədir. Konkret misallar bunu təsdiq edir.
Əvvəlcə, mütəxəssislərin belə bir qiymətləndirməsini vurğulamaq istərdik: “Qlobal rəqabətin güclənməsi, iqtisadi böhranlar, siyasi gərginlik, vətəndaş müharibələri, hərbi müdaxilələr beynəlxalq münasibətlərdə aparıcı faktorlara çevrilib” (bax: Yeni geosiyasi şəraitdə Azərbaycanın yeri və rolu möhkəmlənir / “Yeni Azərbaycan” qəzeti, 7 fevral 2014, s. 5). Belə bir şəraitdə Azərbaycanda iqtisadi inkişaf tempi həmişə yüksək olub. Məsələn, “Dooing Business”in 2009-cu ildə dərc olunmuş hesabatında Azərbaycan “ən islahatçı” ölkə elan edilib. “Dünya Rəqabətlilik Hesabatı 2012-2013” hesabatına əsasən isə ölkə rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 46-cı yeri tutub. Sözsüz ki, Azərbaycanın “...dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər” (bax: Azərbaycan beynəlxalq münasibətlər sistemində: regional liderdən qlobal aktora doğru / “Yeni Azərbaycan” qəzeti, 8 avqust 2013, s. 10).
İqtisadi tərəqqi və geosiyasi təhlükəsizlik: qarşılıqlı əlaqələr
Azərbaycan enerji sahəsində çox səmərəli siyasət həyata keçirir. “Şahdəniz-2” layihəsini obrazlı olaraq “XXI əsrin müqaviləsi” adlandırırlar. Çünki bu layihə bütövlükdə Avropanın enerji xəritəsini dəyişəcək. Artıq bu barədə dünyanın aparıcı analitikləri də yazırlar. Ukraynada baş verən hadisələrin fonunda Azərbaycan Qərbin enerji ilə təminatı məsələsində ön sıraya çıxır (bax: məs., George Friedman. From Estonia to Azerbaijan: American Strategy After Ukraine / Stratfor, 25 mart 2014).
Prosesin bu istiqamətdə inkişaf edəcəyini gözləmək olar. Çünki rəsmi Bakı praqmatik və səmərəli xarici siyasət yürüdür. Son dövrlərdə baş verən geosiyasi hadisələr göstərdi ki, Cənubi Qafqazda dayanıqlı mövqeyi olan ölkə məhz Azərbaycandır. Eyni zamanda, 2013-cü ildə bu dövlət öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bütün sahələr üzrə dinamik inkişaf davam edib. Məsələn, qeyri-neft sektorunda ÜDM-in həcmi 2012-ci illə müqayisədə 2013-cü ildə 9,5 faiz artıb.
Bundan başqa, “...tikintidə əlavə dəyər 23,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, informasiya və rabitə xidmətlərində 9,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, sənayenin sahələrində 1,4 faiz, o cümlədən, mədən çıxarmada 1,0 faiz, emal sənayesində 4,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 10,3 faiz, sosial və digər xidmət sahələrində isə 3,9 faiz artım qeydə alınıb” (bax: 2013-cü ildə Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub / “yap.org.az”, 30 dekabr 2013).
Bu qəbildən olan misalları artıra bilərik. Lakin real fakt ondan ibarətdir ki, bütövlükdə dünya iqtisadiyyatında ciddi silkələnmələrin baş verdiyi bir dövrdə Azərbaycanda davamlı və sistemli inkişaf müşahidə edilir. Özü də bu proses ölkənin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəlməsi ilə müşayiət olunur. Azərbaycan BMT TŞ-nin müvəqqəti üzvü seçilmiş ölkədir. Bakı faktiki olaraq, mədəniyyətlər və dinlər arası dialoqa həsr edilmiş böyük beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Buna nail olmaq üçün dünyanın diqqətini cəlb edən uğurlu xarici siyasət yeritmək lazımdır. Yalnız bu şərt daxilində ölkənin cəlbedicilik dərəcəsini artırmaq mümkündür. Azərbaycan rəhbərliyi həmin məqsədə nail olub.
Azərbaycan 2013-cü ildə Cənubi Qafqazın ən demokratik ölkəsi olduğunu Prezident seçkisi ilə sübut etdi. Şəffaf, yüksək təşkilatçılıq, dinc və demokratik qaydalara tam əməl etməklə keçirilən bu seçkidə vətəndaş layiq bildiyi namizədə azad surətdə səs verdi. Təsadüfi deyil ki, Azərbaycana olan inam və etibar daha da artdı. İndi ölkəni əhəmiyyətli beynəlxalq ittifaqlara üzv görmək istəyirlər. Xüsusilə, regional və qlobal təhlükəsizlik modellərində Azərbaycana ayrıca yer verməyə çalışırlar. Bu kontekstdə Prezident İlham Əliyevin Haaqada nüvə təhlükəsizliyi ilə əlaqədar keçirilən toplantıdakı çıxışı böyük maraq doğurub. Cənab Prezident “Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını” vurğulayıb (bax: Azərbaycan Prezidenti İlham Əliyev Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində çıxış etmişdir / AzərTac, 25 mart 2014).
Bütün bunlar son 10 ildə Azərbaycanın müstəqil dövlət kimi böyük bir yol keçdiyini və mürəkkəb geosiyasi şəraitdə onun yeri və rolunun möhkəmləndiyini təsdiq edir. Bu prosesin davam edəcəyinə şübhə yoxdur.
Leyla MƏmmƏdƏliyeva
Newtimes.az
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

