Azərbaycanın sürətli inkişafı davamlı xarakter daşıyır
17.04.2014 [08:58]
2014-cü ilin birinci rübünün nəticələri də bunu deməyə əsas verir
Məlum olduğu kimi, Azərbaycan son illər sosial-iqtisadi inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu inkişaf 2014-cü ilin birinci rübündə də özünü əyani şəkildə göstərib. Belə ki, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu dövrdə əldə olunan nəticələr geniş təhlil olunub. Nəticə isə Azərbaycanın sürətli inkişafının davamlı olduğunu deməyə əsas verir.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 2014-cü ilin birinci rübünün nəticələri ölkəmiz üçün çox uğurludur. Onun sözlərinə görə, bu gün Azərbaycanda görülən işlər yüksək qiymətləndirilməlidir: “İnkişaf bütün sahələrdə mövcuddur. Həmçinin, bütün bölgələrimiz də eyni dinamika ilə inkişaf edir. İstər Bakı şəhəri olsun, istər bölgələrimiz, hər yerdə inkişaf sürətli templə davam edir. Biz dünya mətbuatını izləyirik, xarici ölkələrdə nələrin baş verdiyinin şahidi oluruq. Dünyada baş verən proseslər fonunda Azərbaycandakı vəziyyət çox yaxşıdır və Azərbaycan kimi inkişaf edən ölkənin vətəndaşı olmaqdan fəxr duyuruq. Çünki Azərbaycan dünyada çətinliklərin olduğu bir şəraitdə inamla inkişaf edir, ölkəmizdə sabitlik hökm sürür. Ölkəmizin hər yerində böyük quruculuq işləri həyata keçirilir. Bilirsiniz ki, 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya Oyunları keçiriləcək. Buna hazırlıqla bağlı möhtəşəm işlər görülür. Hesab edirəm ki, bu nüfuzlu beynəlxalq tədbiri də yüksək səviyyədə keçirməklə Azərbaycan tarix yazacaq. Yəni, bütün sahələrdə Prezident İlham Əliyev həyata keçirdiyi siyasət öz ahəngi ilə davam edir ki, bu da xalqımız tərəfindən rəğbətlə qarşılanır”.
Hazırda sanki dünyanın xəritəsinin yenidən müəyyənləşdirildiyini deyən millət vəkilinin sözlərinə görə, bəzi xarici qüvvələr Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar. M.İbrahimqızı deyib ki, Azərbaycan dünyadakı proseslərə obyektiv, ədalətli qiymət verir: “BMT Baş Assambleyasında Ukrayna məsələsində tutduğumuz mövqe buna sübutdur. Hansı ki, bir sıra dövlətlər indiki vəziyyətdə ədaləti dəstəkləyə bilmirlər. Buna baxmayaraq, Azərbayan Prezidenti hər zaman prinsipial, cəsarətli siyasət həyata keçirir. Bütün bunlar xarici siyasətimizdə də böyük uğurların olduğunu göstərir”.
M.İbrahimqızı hesab edir ki, ölkəmizin uğurlu siyasəti vətəndaşlar arasında geniş təbliğ olunmalıdır və bu işdə YAP fəalları daha aktiv iştirak etməlidirlər.
“Ölkəmizin cari ilin ilk üç ayı ərzində sosial-iqtisadi və digər sektorlarda əldə etdiyi nailiyyətlər bir daha Azərbaycanda yürüdülən praqmatik və rasional inkişaf strategiyasının əhəmiyyətini üzə çıxarıb. Məhz son üç ayın nəticələri Azərbaycanın dinamik inkişafının saxlanıldığının göstəricisidir”. Bu fikirləri isə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, 2014-cü ilin birinci rübündə müxtəlif sosialyönümlü işlərin həyata keçirilməsi, əlillərin, Qarabağ müharibəsi iştirakçılarının, sosial təminat baxımdan zəif olan ailələrin güzəranının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin imzaladığı Sərəncam və fərmanlar yeni uğurların əldə olunmasına yol açıb: “Sevindirici haldır ki, dövlət başçısının rəhbərliyi ilə yürüdülən inkişaf strategiyası Azərbaycanın qlobal maliyyə və iqtisadi böhrandan əziyyət çəkməsinə imkan verməyib. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində iş yerləri ixtisar olunduğu, sosial xərclərin azaldıldığı bir vaxtda Azərbaycanda sosial sahəyə büdcə ayırmaları daha da artırılır. Buna bariz nümunə kimi, cari ilin yanvar-mart aylarında 29 min yeni iş yerinin açılmasını göstərmək olar. Bu faktlar bir daha Azərbaycanda yürüdülən siyasətin effektivliyindən, dövlətin vətəndaşlarına olan diqqət və qayğısından xəbər verir. Əldə olunan uğurlar Azərbaycanın perspektiv inkişafı üçün daha geniş imkanlar yaradır və əminəm ki, bundan sonra nailiyyətlərimiz daha da çox olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22

