/ / Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir
15.08.2014 [10:30]
Prezident İlham Əliyev: Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, yeni kəndlər, qəsəbələr salınacaqdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağır nəticələrindən biri də 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələridir. Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiklərini itirən soydaşlarımız müstəqilliyimizin ilk illərində çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar. Lakin hazırda Azərbaycan dövləti həyatın sərt sınağı ilə üzləşərək qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir.
Ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə qayğı siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub
Bu məqamda öncə onu qeyd edək ki, qaçqın və məcburi köçkün soydaşlarımıza dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Daha dəqiq desək, Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldiyi elə ilk vaxtlardan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərini diqqət mərkəzində saxlamağa başladı və ölkəmizin üzləşdiyi humanitar fəlakətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində əməli tədbirlər gördü. Təsadüfi deyil ki, məhz Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində 1993-2003-cü illərdə ayrı-ayrı dövlətlər, beynəlxalq maliyyə qurumları, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə təxminən 640 milyon ABŞ dolları həcmində humanitar yardım göstərildi. Ümummilli liderin 1999-cu ildə BMT-nin Ümumdünya Ərzaq Proqramının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycandakı fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə isə Ulu öndərin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Beləliklə, görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mərkəzində dayanır
Məlum olduğu kimi, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial vəziyyətlərinin, o cümlədən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Belə ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində illər boyu qurub-yaratdıqları ev-eşiklərindən məhrum qalan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Prezident İlham Əliyev ağır şəraitdə yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ən vacib məsələ olduğunu bildirib: “Ölkə qarşısında duran ən vacib məsələ hansıdır?! Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, ən vacib məsələ köçkünləri normal evlərlə, mənzillərlə təmin etməkdir”.
Beləliklə, dövlət başçısının qarşıya qoyduğu vəzifəyə uyğun olaraq son 10 ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ötən müddətdə bu məqsədlə Prezident tərəfindən bir sıra Fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib və yeni təşəbbüslər irəli sürülüb. 2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyevin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Bundan başqa, dövlət başçısı 21 fevral 2011-ci il tarixində “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb.
Haqqında bəhs olunan Dövlət Proqramı və ona edilən Əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Məlumat üçün bildirək ki, ümumilikdə, Dövlət Proqramında 22921 ailənin-110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu.
Ötən müddətdə Dövlət Proqramının icrası istiqamətində böyük iş həcmi yerinə yetirilib. Məsələn, 2014-cü ilin avqust ayına olan məlumata əsasən, qaçqın və məcburi köçkün soydaşlarımız üçün indiyədək 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb. Beləliklə də, 42 min ailənin və ya 210 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2,1 milyard manatı onların mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələrin salınmasına ayrılan vəsaitin məbləği artırılıb və hazırda bu rəqəm 300 milyon manat civarındadır.
Prezident İlham Əliyevin “Ölkədə bir dənə də çadır şəhərciyi qalmayacaq” vədi vaxtından əvvəl yerinə yetirilib
Onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyevin hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündəki çıxışında “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”, – vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb. Çadır şəhərciklərinin sakinləri əsasən Füzuli, Biləsuvar, Sabirabad, Ağcabədi rayonlarının ərazisində salınan və elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrə köçürülüb.
İşğaldan azad edilən ərazilərdə qaçqın və məcburi köçkünlər üçün daha müasir qəsəbələr salınacaq, onlar daha rahat mənzillərdə yaşayacaqlar
Heç şübhəsiz, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı təkcə Onun imzaladığı Fərman və sərəncamlarda ifadə olunmur. Dövlət başçısı tez-tez Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən insanların müvəqqəti məskunlaşdıqları ünvanlara baş çəkir, yeni mənzillərində qaçqın və məcburi köçkün soydaşlarımızın qonağı olur. Belə səmimi təmaslarda məlum səbəblərdən öz yurd-yuvalarından ayrı düşən soydaşlarımız göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edir, ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini bildirirlər.
Yeri gəlmişkən, Prezident İlham Əliyev qaçqın və məcburi köçkün soydaşlarımızla növbəti belə görüşlərindən birini bu günlərdə cəbhə bölgəsinə səfəri çərçivəsində Ağdam rayonunda 632 köçkün ailəsi üçün salınan yeni qəsəbədə keçirib. Təxminən 70 hektar sahəni əhatə edən qəsəbədə 632 mənzillə yanaşı, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunub. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş aparılıb. Buraya Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində ağır şəraitdə yaşayan 3100 ağdamlı məcburi köçkün məskunlaşdırılacaq.
Cəbhə bölgəsinə növbəti səfəri çərçivəsində Ağdam rayonunun ictimaiyyəti ilə görüşən Prezident İlham Əliyev, eyni zamanda, qaçqın və məcburi köçkün soydaşlarımız üçün yeni qəsəbələrin salınmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək”.
Bununla belə, ermənilər tərəfindən işğala məruz qalan ərazilərdən didərgin düşən soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması müvəqqəti xarakter daşıyır. Yəni, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dövləti mütləq ölkənin ərazi bütövlüyünü təmin edəcək, soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar və işğaldan azad edilən ərazilərdə daha gözəl, daha rahat qəsəbələr salınacaq: “Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, yeni kəndlər, qəsəbələr salınacaqdır”.
Dövlət başçısı Ağdam rayonunun ictimaiyyəti ilə görüşündə torpaqlarımızın işğaldan azad ediləcəyi və qaçqın soydaşlarımızın öz yurd yerlərinə qayıdacaqları ilə bağlı nikbinliyini bir daha ifadə edərək vurğulayıb: “Ancaq əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

