Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Din / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda bir sıra məscidləri ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda bir sıra məscidləri ziyarət edib

30.11.2024 [16:51]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvan Muxtar Respublikasında Heydər Məscidi Kompleksini, Came, Sarvanlar və Kazım Qarabəkir Paşa məscidlərini ziyarət edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ramin Məmmədov xalqımızın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunmasının, dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpasının dövlətimiz tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu dəyərli ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Komitə sədri onu da qeyd edib ki, Azərbaycanda İslam dəyərləri çox möhkəm təməllər üzərində qurulmuş milli dəyərlərin tərkib hissəsidir. Bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində də tədbirlər davam etdirilir. Vurğulayıb ki, ölkəmizdə təkcə məscidlərə deyil, digər dinlərə aid ibadət evlərinə də qayğı ilə yanaşılır, onların qorunub saxlanılmasına və təmir-bərpa edilməsinə xüsusi diqqət yetirilir.

R.Məmmədov ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən, xalqımıza xas tolerantlıq ənənələrindən də danışıb. Bildirib ki, dərin tarixi köklərə söykənən və bu günə qədər inkişaf edərək cəmiyyətimizin gündəlik həyat tərzinə çevrilmiş multikulturalizm Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət tərəfindən müxtəlif icmaların nümayəndələrinə diqqət və qayğı göstərilir, hər il konfessiyaların fəaliyyətini dəstəkləmək, cəmiyyətdə etnik-dini müxtəlifliyi qorumaq və multikultural dəyərləri daha da inkişaf etdirmək məqsədilə dini qurumlara maliyyə yardımı ayrılır.

İbadət yerlərində fəaliyyət göstərən din xadimləri milli-mənəvi dəyərlərin, vəhdət ənənələrinin inkişafına dövlət səviyyəsində göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Sonda görüləcək işlərə dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Paylaş:
Baxılıb: 1302 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30