Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yakutiyada qəzaya uğrayan helikopterin pilotu və sərnişinləri həlak olub

Yakutiyada qəzaya uğrayan helikopterin pilotu və sərnişinləri həlak olub

22.07.2024 [10:14]

Yakutiyada itkin düşən “Robinson” helikopterinin qalıqları tapılıb.

 Rusiya KİV xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun teleqramında məlumat verilib.

“İyulun 19-da Yakutiyada itən “Robinson” helikopterinin axtarışları başa çatıb. Pilot və üç sərnişin həlak olub”, - məlumatda bildirilib.

Məlumata görə, “Robinson R44” helikopteri iyulun 19-da Yakutiyanın Aldan rayonunda yoxa çıxıb.

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31