Avropa Komissiyasında yeni qarşıdurma...
19.09.2024 [08:07]
Fon der Leyenin qaranlıq işlərini ifşa etdi
Makron ölkəsinin təmsilçisini köməksiz qoydu...
Avropa İttifaqının bir sıra strukturlarında işlər yenidən “qarışıb”. Ursula Fon der Leyenin ikinci müddətə Avropa Komissiyasına sədr seçilməsinin ardından başlanan “islahatlar” gözlənilən qarşıdurmaları daha da qızışdırır. Məsələn, “Politiko” nəşri yazır ki, Fon der Leyen Aİ ölkələrinə təzyiq etməkdədir - səbəblərdən biri və ən əsası Avropa İttifaqı komissarı vəzifəsinə daha çox qadınların namizədliyinin irəli sürülməsi tələbidir. Hətta bütün ölkələrə irəli sürülən namizədlərin birinin qadın, birinin isə kişi olması “tövsiyə” olunub.
Paralel olaraq Avropa Komissiyasının fəaliyyətindəki qaranlıq məqamlar da get-gedə üzə çıxmaqdadır. Artıq bununla bağlı bir sıra fikirlər açıq şəkildə dilə gətirilir. Yeri gəlmişkən, Fransanın Avropa İttifaqındakı komissarı Tyeri Börton Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenə göndərdiyi məktubda dərhal istefa verdiyini elan edib. Bu barədə T.Börton tviter hesabında yazıb. O bildirib ki, E.Makronun onun mandatını yenidən təzələmək (2024-2029) təklifi Ursula Fon der Lyayen tərəfindən rədd edilib. “Gələcək kollegiyanın tərkibini formalaşdırmaq üçün son anda mənimlə müzakirə etmədən və şəxsi səbəblərə görə Fransadan mənim adımın geri götürülməsini istədiniz”, - deyə T.Börton istefa məktubunda şübhəli idarəçilikdən sitat gətirərək yazıb. “Buna görə də mən Avropa komissarı vəzifəsindən dərhal qüvvəyə minən istefa verirəm”, - deyə o bildirib. Qeyd edək ki, T.Börtonun istefasından sonra Fransa dərhal istefa edən xarici işlər naziri Stefan Sejurnenin namizədliyini irəli sürüb.
Tərkib təsdiqləndi - iki yeni komissarlıq fəaliyyətə başlayır...
Maraqlıdır ki, nə “X” platformasında yaydığı məktubunda son hadisələrin fonunda artıq öz vəzifələrini yerinə yetirə bilməyəcəyini önə çəkən Bröton, nə də ortadakı çəkişmənin səbəbkarı sayılan fon der Leyen müzakirə predmeti olan “şəxsi səbəblər”i açıqlamırlar. “Financial Times” isə yazır ki, tərəflər tez-tez siyasi məsələlərdə üz-üzə gəliblər. Bröton AK rəhbərinin idarəetməyə yanaşmasını sərt hesab edib və səlahiyyətləri komissarlara verməkdən çəkindiyini qeyd edib. Yeni AK komandasının tərkibi isə artıq məlum olub. Ursula Fon der Leyen Avropa Komissiyasının yeni tərkibini açıqlayıb. Bu tərkibdə Almaniyanı ?on der Leyenin özü sədr statusunda, Fransanı isə Stefan Sejurne Avrokomissiyanın vitse-prezidenti statusunda təmsil edəcək. Yeni siyahıda Brötonun adı yoxdur. İtaliya təmsilçisi Raffaele Fittonun Avropa Komissiyasının Birlik və İslahatlar üzrə icraçı vitse-prezidenti vəzifəsinə təyin edilməsi də solçuların və mərkəzçilərin mənfi reaksiyasına səbəb olub. Xatırladaq ki, Fitto ifrat sağçı “İtaliya Qardaşları” partiyasının üzvüdür. Eyni zamanda yeni dövr üçün Avropa Komissiyasında həm də yeni vəzifələr yaradılıb - artıq Müdafiə və Kosmos üzrə Avropa komissarı və Aralıq dənizi üzrə Avropa komissarı vəzifələri də icra olunacaq. Yeni tərkib öz vəzifəsinin icrasına noyabrın 1-dən başlayacaq.
AK-dakı “alman hegemonluğunun” qarşısını almaq üçün...
Bu istefa nəinki Aİ-nin hazırda daxilində baş verən ciddi qarşıdurmanı üzə çıxardı, həm də iqtisadi blok daxilində güc balansının dəyişildiyinin etirafı kimi qəbul olundu.
Bu ilin iyununda Avropa Parlamentinə seçkilərin ardından Aİ strukturlarında əsaslı dəyişikliklər başlamışdı. Aİ-nin aparıcı dövlətlərindən sayılan Fransanın nümayəndəsi olan Börton isə etiraf edilməlidir ki, sistemdə ən mühüm rollardan birini oynayırdı. Onun səlahiyyət sahələrinə müdafiə, rəqəmsal və kosmik sektorlar, eləcə də səhiyyə məsələləri daxildir. Diqqəti cəlb edən ən maraqlı məsələ COV?D-19 pandemiyası zamanı Aİ-də peyvəndlərin paylanması və istehsalına cavabdeh olan şəxsin məhz Börton olmasıdır. Nəzərə alsaq ki, bir müddət qərb nəşrləri COVID-19 pandemiyası zamanı Ursula Fon der Leyenin qaranlıq “vaksin biznesi” haqda yazırdılar, o zaman Börtonla Avrokomissiya rəhbərinin çəkişməsinin də səbəblərindən bəziləri haqda fikir yürütmək olar.
Eyni zamanda, Börton qeyri-rəsmi olaraq Aİ-də Almaniyanın “patronajlığına” qarşı “mübarizə aləti” sayılırdı. O, Almaniyanın ümumavropa işlərinə təsirini məhdudlaşdıran “qarşılıqlı balans” rolunu oynayırdı - Fon der Leyenin özünün və bir sıra digər yüksək səviyyəli Aİ rəsmilərinin alman olması qurumun rəsmi Berlinə tərəf daha çox meyil etməsini şərtləndirirdi. Paris üçün Avropa Komissiyasında Börtonun varlığı olduqca əsas sayılırdı.
Makron Börtonu “satdı” - impiçment məsələsi yenidən aktuallaşır...
Bütün işlər isə keçmiş Avropa komissarının bu ilin əvvəlindən fon der Leyeni fəal şəkildə tənqid etməsi ilə başladı. Börton hətta Avropa Parlamentinə səsvermənin nəticələrinin ardından Avropa Komissiyası sədrinin eyni partiya üzvləri tərəfindən həqiqətən də dəstəkləndiyinə şübhə ilə yanaşdı. Seçkilərdən sonra Börtonun hücumları daha da gücləndi.
Aİ-yə yaxın olan KİV-lərə danışan bəzi diplomatların fikrincə isə, Ursula Fon der Leyen “güclü” Börtonu aradan qaldırmaqla özünün nüfuzunu, gücünü və qətiyyətini göstərib. Burada ən maraqlı məqam Fransa prezidenti Emmanuel Makronun öz diplomatının arxasında durmamasıdır - belə ki, Makron onun müdafiəsinə qalxsaydı, şübhəsiz ki, Börton istefa verməzdi. Çox güman ki, Avropa Komissiyasının rəhbəri Fransaya daha sərfəli və nüfuzlu “portfel” təklif etdiyi üçün Makronla kompromis əldə olunub.
Ölkəsinin təmsilçisini Aİ-də “köməksiz” qoyan Makronun özünün də üzərindən qara küləklər əsməkdədir. Belə ki, Milli Assambleyanın Bürosu “Əyilməz Fransa” (La France insoumise-LFİ) siyasi partiyasının Emmanuel Makronun istefası ilə bağlı irəli sürdüyü impiçment prosedurunu məqbul hesab edib. LFİ tərəfindən irəli sürülən təklif 12 səs lehinə və 10 səs əleyhinə olmaqla qəbul edilib. “Bu təklif və müzakirələr bizim institutlarımıza qarşı müharibə elanıdır”, - deyə Milli Assambleyada çıxışı zamanı “Respublika naminə birlikdə” (Ensemble pour la Republique) partiyasından deputatların rəhbəri, sabiq Baş nazir Qabriel Attal bildirib.Qeyd edək ki, impiçment təklifi hüquq komitəsinə göndəriləcək.
Sejurne İrəvandan Brüsselə “yola düşdü”...
O ki qaldı, Avropa komissarı statusunda Börtonu əvəzləyəcək Stefan Sejurneyə, o da ittifaq çərçivəsində tanınan diplomatdır. 2024-cü ilin yanvarında Fransa xarici işlər naziri vəzifəsinə təyin olunan Sejurne prezident Makronun ən yaxın adamlarından biri sayılır. Gələcək komissar uzun müddətdir ki, Makronun “Renessans partiyasının üzvüdür. Makron bu təyinatı ilə Fransanın Aİ-dəki mövqeyini, xüsusən də əsas Avropa qurumlarında güclü təmsilçiliyini qoruyub saxlamaq istəyir.
Stefan Sejurne isə ermənipərəst mövqeyi ilə tanınır. Onun fikirləri əsasən onun şəxsi siyasi xəttini deyil, həm də erməni lobbisi ilə fəal əməkdaşlıq edən Emmanuel Makronun rəhbərliyi ilə Fransa hökumətinin ümumi mövqeyini əks etdirir. Bu mənada Avropa komissarı vəzifəsinə Sejurnenin təyinatı heç də təsadüfi sayıla bilməz. Sejurne Fransanın Aİ-də mövqelərini gücləndirməklə yanaşı, həm də qurumun bir sıra strukturlarıın erməni lobbisi ilə əməkdaşlıq əlaqəsini gücləndirmək üçün açar rolunu oynaya bilər.
Nəhayət, Sejurnenin Avropa komissarı kimi təsdiqlənmədən öncə son “ziyarət etdiyi” ölkənin də məhz Ermənistan olması diqqəti çəkir. Bu təyinatdan Ermənistanın Qərblə əlaqələrində istifadə edilməsi də nəzərdə tutulur...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

