Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Romada Fələstinə dəstək yürüşü iğtişaşlarla nəticələnib

Romada Fələstinə dəstək yürüşü iğtişaşlarla nəticələnib

06.10.2024 [18:37]

İtaliyanın paytaxtı Romada Yaxın Şərqdəki münaqişəyə etiraz və Fələstinə dəstək məqsədilə keçirilən yürüş iğtişaşlarla nəticələnib.

AZƏRTAC xəbər verir ki, nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 34 polis əməkdaşı yaralanıb. Yürüşdə 200-dək insanın iştirak etdiyi, onlardan 4-nün həbs olunduğu bildirilib.

İtaliyanın Baş naziri Ciorcia Meloni Fələstin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmanı pisləyib, hücuma məruz qalan polis əməkdaşları ilə həmrəyliyini bildirib. O, nümayiş zamanı onlarca polis əməkdaşının yaralanmasından təəssüfləndiyini qeyd edib.

Neapol, Turin, Florensiya, Milan və Bari kimi şəhərlərdə də irili-xırdalı nümayişlər olub.

Paylaş:
Baxılıb: 579 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31