Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyənin 2025-ci ildə iqtisadi hədəfləri...

Türkiyənin 2025-ci ildə iqtisadi hədəfləri...

09.10.2024 [09:34]

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkə əhalisini mənfi proqnozlara inanmamağa və iqtisadiyyatla bağlı sistemli spekulyasiya cəhdlərinə uymamağa çağırıb.O, hökumətin uzunmüddətli ÜDM-in artım templərini və qiymət sabitliyini təmin etmək əzminin olduğunu qeyd edərək sistemli və iradəli islahatların aparıldığını vurğulayıb. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı getdikcə risklərə daha çox davamlı olur ki, bu da güclü infrastrukturun və istehsal bazasının olmasının nəticəsidir. C.Yılmaz iqtisadi sahədə milli prioritetlərin əsas istiqamətlərindən biri kimi yerli və xarici investisiyaların iqtisadiyyata axınını sürətləndirilməsinin və milli tədiyyə balansının artması hesabına daxili qiymət sabitliyinin möhkəmləndirilməsinin yer aldığını bildirib.

İnflyasiyanın 20 faizə düşəcəyi gözlənilir...

Vitse-prezident ölkədə inflyasiya göstəricilərinə diqqət çəkərək bildirib ki, ilin sonuna qədər ölkədə qiymət artımı 41,5 faiz səviyyəsində proqnozlaşdırılır. Təkcə son üç ayda qiymət indeksi 23,5 bənd azalaraq 52 faiz təşkil edib. Halbuki qiymət artımı ilin əvvəlində 75,5 faiz təşkil edirdi. Hökumətin proqnozlarına görə, 2025-ci ilin sonuna qədər ölkədə inflyasiyanın səviyyəsi 20 faizə düşəcək.

Türkiyənin maliyyə nazirinin müavini Osman Çelik isə bildirib ki, gələn il ölkədə 3,5 faiz iqtisadi artım hədəflənir və 2027-ci ilə qədər adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 13 min dollardan 20 min dollara çatdırılması gözlənilir. Qeyd edək ki, cari ilin birinci yarısında adambaşına düşən ÜDM 2023-cü ilin birinci yarısı ilə müqayisədə 6 faiz artaraq 13,4 min dollara çatıb. O.Çelik inflyasiyanın da azaldığını və yaxın illərdə təkrəqəmli qiymət indeksinin mümkün olacağını vurğulayıb.

Müdafiə və rəqəmsal sənayedə rekord artım...

Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşək də iqtisadi gözləntilərlə bağlı ümidli və nikbin danışıb. O, bu günlərdə büdcə və iqtisadi palanlaşdırma məsələləri ilə bağlı açıqlamalarında iqtisadiyyatda artımın sənaye və  yüksək texnologiyalar sektorları üzərində daha çox fokuslandığını bildirib. Onun fikrincə, cari ilin birinci yarısında Ümumi Daxili Məhsul (ÜDM) 6 faizə yaxın artıb. Türkiyə iqtisadiyyatı ilin birinci rübündə istehlak hesabına yüzdə 5,7 artıb. Ölkədə kapital qoyuluşları 10,3 faiz, ixracın həcmi 4 faiz yüksəlib, idxal isə 3,1 azalıb. İqtisadiyyatda ən çox artım yüksək texnologiyalar sektorunda qeydə alınıb, 22 faizə yaxın artım müdafiə və rəqəmsal istehsalın rekord yüksəlişi hesab edilir ki, bu da yeni yaranan  əlavə dəyərin əsas sütunlarını təşkil edir. texnologiyalardan sonra tikinti sektorunda qeydə alınıb, bu sahədə 11,1 faiz yüksəlmə baş verib. Kənd təsərrüfatında 4,6 faiz artıml olub ki, bu, son dövrlərin ən yaxşı göstəricisi hesab olunur.

ÜDM-in artımı, ixracın böyüməsi dayanıqlığı gücləndirəcək

Hökumətin gözləntilərinə görə, ilin sonunda ÜDM-in illik artım tempi 6 faiz civarında olacaq, ixrac daha da böyüyəcək. Maliyyə naziri hökumətin məşğulluq proqramları və işsizliyin qarşısının alınması ilə bağlı tədbirlər planının da müsbət effekt verdiyini, bu istiqamətdə rəqəmlərin ümidverici olduğunu vurğulayıb. Belə ki, rəsmi statistikaya əsasən, ölkədə mövsümi və xarici təsirlərdən artan işsizlik nisbəti isə son 4 ilin ən aşağı səviyyəsinə - 8,7 faizə düşüb. Hökumətin sosial rifah üzrə məqsədlərinə doğru qərarlı addımlar atacağını xatırladan nazir yeni inkişaf proqramının icrası sayəsində balanslaşdırılmış artımın dayanıqlılığının qorunacağını, cari əməliyyatlar hesabının kəsirin azaldılacağını gözlədiklərini xatırladıb. Belə ki, idxalın azalması və ixracın artması fonunda, habelə turizm gəlirlərinin yüksəlişi çərçivəsində ilin sonuna kimi tədiyyə balansının kəsirinin 1,7 faizə enəcəyi gözlənilir. Nazir xarici ticarətdə ixracın böyüməsi hesabına tədiyyə balansında müsbət saldo olacağına inandığını bildirib. Hökumətin ssenarilərinə və gözləntilərinə görə, cari ilin sonunda və növbəti ildə ixracın yaxşılaşması və xarici resurs axınının sürətlənməsi sayəsində inflyasiyanın azalması gözlənilir.

Biznesə vergi tətilləri, əhaliyə sosial dəstək tədbirləri...

Maliyyə naziri 2025-ci ilin büdcə gəlirlərinin artımının proqnozlaşdırıldığını və fiskal alətlərin yığım üçün yetərli olduğunu diqqətə çatdırıb. Yeni ildə sosial siyasət və biznesə dəstək tədbirləri çərçivəsində sahibkarlar üçün güzəştlərin, aztəminatlı əhali üçün isə sosial yardımların yenidən strukturlaşdırılacağını və müasir sosial proqram tətbiq olunacağını bildirib. Ölkədə iş yerləri ilə stimulların genişləndirilməsi məqsədilə əmək bazarı çevik təminat əsasında qurulacaq, əmək müqavilələrinin bağlanma mexanizmləri şirkətlərin müxtəlif ehtiyaclarından asılı olaraq fərqləndiriləcək, müddətli əmək müqavilələrinin bağlanması asanlaşdırılacaq. Əməkhaqqının müəyyən edilməsi zamanı iqtisadi tarazlıqları və əmək məhsuldarlığındakı inkişafı izləmək üçün mexanizmlər hazırlanacaq, işsizlikdən sığortadan faydalanan şəxslərin aktiv əmək bazarı proqramlarında iştirakı təşviq ediləcək.

Vergi tətilləri də makroiqtisadi siyasətin əsas istiqamətləri kimi diqqətdə saxlanılacaq, differensial vergi mexanizmi təkmilləşdiriləcək. Biznesin qeydiyyatı ilə bağlı vaxt və rüsumlar, inzibatçılıq təkmilləşdiriləcək. Şirkətin açılması, bağlanması və ya birləşməsinin xərcləri və vaxtları azalacaq, lisenziya və icazə sistemi sadələşdiriləcək, Gənc biznesə dəstək tədbirlərinin yeni modelləri qurulacaq, xüsusilə gənclər arasında sahibkarlıq təşviq ediləcək, gənc sahibkarlara kapital dəstəyi göstəriləcək, vergilərin azaldılması proqramları həyata keçiriləcək

ELBRUS

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30