Harris “səhvini” düzəltməyə çalışır...
19.10.2024 [10:19]
Tramp böyük fərqlə irəlidədir
Bukmeker kontorları prezidenti “açıqladı”: Donald Tramp 60 faizlə liderdir
Yeni komandaların siyahısı bəlli oldu
ABŞ-da prezident seçkisi günü yaxınlaşdıqca vəziyyət kritik hal alır. Son günlərdə Respublikaçı namizəd Donald Trampın əsas ştatlarda sıçrayışla önə çıxması Demokratların seçki qərargahını düşüncəyə qərq edib. Xüsusilə, Trampın son debatdan imtinası və artıq seçkiyə start verildiyini bildirməsi Kamala Harrisi əvvəlki siyasi bəyanatlarına korrektə etmək məcburiyyətində qoyub. Belə ki, Harris Demokratların prezidentliyə namizədinin müəyyənləşdiyi qurultaydan bir həftə sonra prezidentliyə namizəd statusunda Ağ Evdə KİV-ə verdiyi ilk müsahibədə Baydenin siyasətini davam etdirəcəyini bildirmiş, sonradan isə bu fikri təkrarlamışdı. Amma...
Harris fikrini “dəyişdi” - Bayden siyasəti davam etməyəcək...
Seçkiyə sayılı günlərin qaldığı bir zamanda Harrisin mövqeyində tam əksinə, dəyişiklik nəzərə çarpır - Demokratların prezidentliyə namizədi bu dəfə “Fox News” telekanalına müsahibəsində bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə onun prezidentliyi Ağ Evin hazırkı rəhbəri Co Baydenin kursundan kəskin fərqlənəcək. “Mən açıq deyim: mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq. Vəzifəyə gələn hər bir yeni prezident kimi, mən də öz həyatımı, peşəkar təcrübəmi və yeni ideyalarımı özümlə gətirəcəyəm”, - deyə Harris “Fox”-un siyasi şərhçisi Bret Bayerin sualını cavablandırıb. Vitse-prezident əlavə edib ki, onu Baydendən fərqləndirən cəhət karyerasının çox hissəsini Vaşinqtondan kənarda keçirməsidir. Harrisin öz sözləri ilə desək, o, özünü “yeni liderlər nəsli”nin nümayəndəsi hesab edir.
Bu fikirlər isə ABŞ-ın siyasi kluarlarında geniş müzakirələrə yol açıb. Bəziləri bu açıqlamanı Tramp-Harris debatındakı məğlubiyyətin təsdiqi, bəzi siyasi mütəxəssislər isə “son ümid” adlandırır. Əvvəlcə Baydenin prezidentliyi dövründə ABŞ-ın yaşadığı iqtisadi - siyasi geriləməni “davam etdirəcəyini” bildirməsi Harrisə ştatlardakı onlayn praymerizdə nə az-nə çox, 10 faizdən yuxarı səs itkisinə başa gəlmişdi. Əgər o vaxta qədər iki namizəd arasındakı səs faizi fərqli birrəqəmli idisə, artıq faiz fərqli ikirəqəmlidir.
Prezident “ağrıyır”, vitse - prezident “inanmır”...
Harrisin bu “siyasi səhvi” isə Trampın qərargahı üçün göydəndüşmə fürsət olub. Respublikaçıların seçki kampaniyasının sözçüsü Karollin Leavit Harrisin Bayerə müsahibəsini şərh edərkən onu fəlakət adlandırıb. Leavitin sözlərinə görə, Kamala Harris suallara adekvat cavab verə bilməyib.
ABŞ-ın Axios portalı isə Harrisin mövqe dəyişikliyinin gizli səbəbini açıqlayıb. Portal Co Bayden ilə Kamala Harrisin komandaları arasında artıq fikir ayrılıqlarının yarandığını yazıb. Harris Baydenin seçki kampaniyası dövründəki görüşlərdə iştirak etməməsini qısqanclıq adlandırıb və bunu hazırki prezidentin aşağı reytinqi ilə əlaqələndirib. Bəzi mənbələr isə Baydenin səhhətindəki geriləmə səbəbindən bu görüşlərə çıxmadığını yazır.
Milyardlarla mərc qoyulub...
Tramp 53 faizlə kontorların lideridir
Prezidentik yarışının finişi Amerikanın bukmeker kontorları tərəfindən də maraqla izlənir və göstəricilər demək olar ki, gündəlik dəyişir. Artıq uzun müddətdir ki, bukmeker kontorlarının dəyərləndirməsinə görə Donald Trampın prezidentlik yarışında qalib gəlmə ehtimalı böyükdür - Respublikaçı namizədin şansı 53 faiz qiymətləndirilir. Bukmeker kontorlarının bu qədər açıq fərqi əks etdirən rəyi isə nadir hallarda görünür - seçki bukmekerliyi ilə məşğul olan “Betting Odds aqreqator” portalı Kamala Harrisin şansını 46 faiz şəklində dəyərləndirir. İxtisaslaşdırılmış saytlarda mərclər milyonlarla dollar təşkil edir, bəzi resurslarda isə bir milyardı keçir. Diqqətçəkən məqam isə Trampın yarışda bu qədər açıq fərqlə önə çıxmasının tarixidir - məhz Harrisin bir neçə gün öncə yenidən Baydenin siyasətini davam etdirəcəyini bildirməsi rəqəmlərə kəskin təsir etmişdi.
“Election Betting Odds” portalı isə ölkənin mərkəzi hissəsinin bütünlüklə Trampı dəstəklədiyini, Respublikaçı namizədə rəğbət bəslədiyini yazıb. “Reuters”in məlumatına görə, Trampın ABŞ seçiciləri arasında reytinqinin birdən-birə yüksəlməsi onun qeyri-qanuni miqrasiya ilə bağlı qətiyyətli fikirlər səsləndirrməsindən irəli gəlib. Bu, seçicilər üçün ən həssas məsələ olaraq qalır və sorğulara əsasən, amerikalıların əksəriyyəti Trampın bu işlə daha yaxşı məşğul olacağına inanır. Xüsusilə, kampaniyanın son həftələrində o, ritorikasını xeyli sərtləşdirib - cinayətlərdə iştirakçı olan qeyri-qanuni immiqrantları “iyrənc heyvanlar” adlandıraraq ABŞ vətəndaşının öldürülməsi ilə bağlı cinayətkarlara ölüm hökmünün tətbiqini tələb edir.
KİV-in seçimi...
Eks-prezident açıq fərq yaradıb...
Harrisin son görüşləri 2008-ci ildən bəri Demokratların qalib gələ bilmədlikləri Şimali Karolinada keçirilib. “Politico” qeyd edir ki, eyni zamanda Tramp Arizonada mitinq keçirib. Artıq bir neçə ştatda erkən səsvermə başlayıb və Tramp seçiciləri bu təcrübədən yararlanmağa çağırıb. Kamala Harris isə dinləyicilərinə etiraf edib ki, seçki gününə qədər gərgin mübarizə olacaq.
CNN isə seçkiyə üç həftə qalmasına baxmayaraq Harrisi məğlub saymır - halbuki, televiziyanın keçirdiyi sorğuda iştirakçıların təxminən 60 faizi Co Baydenin prezidentlik dövründən narazı olduğunu bildirib. Bu sorğularda Harris seçki kampaniyası zamanı Baydenin proqramından fərqli ideyalar təklif edə bilməməkdə günahlandırılıb.
Tramp komanda yığır - İlon Mask nazir olacaq...
Bu arada prezidentliyə namizədlərin adminstrasiyalarının üzvlərinin kimliyi haqda məlumatlar yayılır. Adını açıqlamayan respublikaçı siyasətçinin “Washington Examiner”ə verdiyi məlumata görə, Donald Trampın elan edilmiş komandası tələsik yaradılmışdı - artıq seçki qərargahı bəzi “səhvləri” düzəldir. 2024-cü ilin əvvəlindən seçki qərargahının iki rəhbəri - Kris Laçivita və Syuzi Ualz qəti və intizamlı namizədləri seçməklə vəzifələndiriliblər. Avqust ayında isə siyasətçi və milyarder, “Cantor Fitzgerald” maliyyə şirkətinin baş direktoru Hovard Lyutniki keçid komandasının rəhbəri təyin edilib. Komandaya həmçinin Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbard, prezidentliyə keçmiş namizəd kiçik Robert Kennedi də daxildir. Qabbard beynəlxalq münasibətlər üzrə mütəxəssis sayılır, kiçik Kennedi isə ictimai səhiyyə sistemində təmsil olunacaq. Yeni “administrasiyanın” yüksək rütbəli əməkdaşları arasında keçmiş müşavir Stiven Miller, məşhur radikal sağçı media nümayəndəsi Stiv Bennon və baş prokurorun keçmiş köməkçisi Cefri Klark yer alır. Milyarder İlon Maskın isə Tramp administrasiyasında “Xərclərin azaldılması naziri” təyin edilməsi planlaşdırılır.
Dövlət Departamentinin rəhbəri vəzifəsinə isə bir neçə namizəd var - “The Hill” və “The Times” əsas namizəd kimi Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Marko Rubionun adını çəkir. Namizədlər arasında həmçinin senator Tom Kottonun da adı çəkilir. O yeni komandada müdafiə naziri də ola blilər.
2020-2021-ci illərdə Milli Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş Con Ratkliff isə öz köhnə vəzifəsinə yenidən qovuşma gününü gözləyir. “The Times” mənbələrinin məlumatına görə, keçmiş vitse-prezident Mayk Pensin müşaviri vəzifəsində çalışmış general Kit Kelloq da bu vəzifəyə təyinat ala biləcək namizədlər arasındadır.
Harrisin “kilid adamı” - yeni komandanın köhnə üzvləri...
Demokratların formalaşdırdığı kabinetin ən pik nöqtəsində isə soyuqqanlığı ilə ad çıxarmış məşhur Fil Qordon yer alır - Harris seçiciləcəyi təqdirdə Qordan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə əsas yardımçısı, müşaviri olacaq. Harris öz komandasında daha çox gənclərə üstünlük verib - “Axios” vitse-prezidentə yaxın mənbələrə istinadən yazır ki, Harris qalib gəlsə, yeni komandanın nümayəndələri arasında etnik azlıqların da təmsilçiləri yer alacaq. Xarici Əlaqələr Komitəsinin üzvü senator Kris Kunsun dövlət katibi vəzifəsinə namizədliyi nəzərdə tutulur. “Axios” MKİ direktoru Bill Bernsin və milli təhlükəsizlik üzrə hazırki müşavir Cek Salivanın da adının yeni siyahıda olduğunu bildirir. Müdafiə Nazirliyinə isə Barak Obamanın prezidentliyi dövründə müdafiə nazirinin müavini işləmiş Mişel Flurnoy rəhbərlik edə bilər. Bu, baş verəcəyi təqdirdə Flurnoy Pentaqona rəhbərlik edən ilk qadın kimi tarixə düşəcək.
Əksər nəşrlər Harrisin komandasının “kilid adamı” kimi Fil Qordonun adını çəkir. Barak Obama və Bill Klinton administrasiyalarında çalışmış Qordon Avropa üzrə ekspertdir və Yaxın Şərqdə də böyük təcrübəyə malikdir. O, Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır. “The Wall Street Journal” yazır ki, 61 yaşlı siyasətçi milli təhlükəsizlik müşaviri təyin edilərsə, Avropa və Yaxın Şərq məsələlərinə böyük təsir göstərə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16

