Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ər-Riyadda metro istifadəyə verilib

Ər-Riyadda metro istifadəyə verilib

02.12.2024 [19:35]

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda metro fəaliyyətə başlayıb.

AZƏRTAC “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, metropolitenin birinci mərhələsində altı xətdən üçü açılıb. Birinci xətt (38 kilometr) şəhərin şimalından cənubuna, ikinci xətt (29 kilometr) mərkəzdən Kral Xalid Beynəlxalq Hava Limanına qədər uzanır, üçüncü xətt (30 kilometr) isə şimal və şimal-şərqdəki rayonları birləşdirir.

Metronun ötən həftə keçirilmiş açılış mərasimində Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud çıxış edib. Layihə vəliəhd şahzadə Məhəmməd bin Salmanın dəstəyi ilə “Vision 2030” strategiyası çərçivəsində həyata keçirilir.

Dekabrın 15-də qərbdən şərqə doğru uzanan dördüncü (25 kilometr) və şəhərin mərkəzindən keçən beşinci (13 kilometr) xəttin açılışı gözlənilir. 2025-ci il yanvarın 5-nə planlaşdırılan üçüncü mərhələ Ər-Riyadın qərbindən şərqinə uzanan altıncı xəttin (41 kilometr) işə salınmasını nəzərdə tutur.

Telekanalın məlumatına görə, metro xətlərinin ümumi uzunluğu 176 kilometr olacaq və gündə 3,6 milyondan çox sərnişin dövriyyəsi həyata keçirəcək.

Səudiyyə Ərəbistanı xarici turist axınını 2023-cü ildəki 27 milyondan 2030-cu iki dəfədən çox artıraraq 70 milyona çatdırmağı hədəfləyir. Növbəti on il ərzində turizm infrastrukturunun inkişafına 1 trilyon dollara yaxın investisiya qoyuluşu planlaşdırılır. Turizm sektorunun inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft ixracından asılılığının azaldılması səylərinin bir hissəsidir.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31