Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Londonun ən bahalı yaşayış layihəsində qiymət 35 milyon funt sterlinqdən başlayacaq

Londonun ən bahalı yaşayış layihəsində qiymət 35 milyon funt sterlinqdən başlayacaq

02.12.2024 [21:33]

Londonda tikilən ən bahalı yaşayış layihəsi olan “1 Mayfair”də satışa çıxarılacaq mənzillərin ilkin start qiyməti 35 milyon funt sterlinq olacaq.

AZƏRTAC “Evening Standard” nəşrinə istinadla xəbər verir ki, bu rəqəm paytaxtdakı orta ev qiymətindən təxminən 70 dəfə yüksəkdir.

Məşhur milyarder Con Kaudvelin rəhbərliyi ilə həyata keçirilən və ümumi dəyəri 2 milyard funt sterlinq olan layihənin 2026-cı ilin yazında tamamlanması gözlənilir. Layihənin ölçüləri və mənzillərin dəqiq konfiqurasiyası hələ açıqlanmasa da tikinti şirkəti bildirir ki, hətta ən kiçik mənzil belə Londonda yalnız bir neçə iri mənzil və malikanə ilə müqayisə olunacaq qiymətə malik olacaq. Layihədəki 29 mənzilin orta qiyməti təxminən 70 milyon funt sterlinq olacaq.

Bildirilib ki, artıq layihəyə maraq göstərən 600-dən çox potensial alıcı siyahıya alınıb.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31