Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanın xarici ticarət dövriyyəsi 6,6 faiz artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,6 faiz artıb

13.12.2024 [19:14]

Cari ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 21 milyard 109,2 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 6,6 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Xidmətin ilkin hesablamalarına görə, xarici ticarət dövriyyəsində ixracın həcmi 6 milyard 11,0 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıb. Hesabat dövründə idxalın həcmi isə 6,1 faiz artaraq 15 milyard 98,2 milyon dollar təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında mənfi ticarət saldosu 9 milyard 87,3 milyon dollar olub ki, bu da xarici ticarət dövriyyəsinin 43 faizini təşkil edib.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31