İraqla Körfəz ərəb dövlətləri elektrik şəbəkələrini birləşdirirlər
02.01.2025 [20:58]
İraq Körfəz ərəb dövlətləri ilə elektrik əlaqəsinin qurulması layihəsini 90 faiz yerinə yetirib.
AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, İraq enerji resurslarının diversifikasiyasını davam etdirir. İraqın Elektrik nazirliyinin sözçüsü Əhməd Musa deyib ki, bununla ölkə regional körfəz ölkələri enerji bazarında mühüm üzv olacaq. Əlavə edib ki, hazırda 3 şirkət İraqın Fao stansiyası ilə Küveytin Vafra stansiyasını birləşdirəcək naqilləri çəkir. Bu ilin əvvəlində layihənin birinci mərhələsinin işə salınması ilə Bəsrə vilayəti 500 meqavat gücündə enerji ilə təmin olunacaq.
İraqla İordaniya arasında elektrik enerjisi əlaqəsi layihəsinin birinci mərhələsində isə 54 meqavatlıq enerji ötürülüb. İkinci mərhələ də yekunlaşmaq üzrədir və bu, İordaniyanın Rişə stansiyasını birləşdirəcək. Ümumiyyətlə, adı çəkilən layihənin reallaşması nəticəsində İraq, İordaniya və Misir arasında elektrik şəbəkələri birləşdiriləcək.
Əhməd Musa Türkiyə ilə də oxşar layihənin yerinə yetirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, birinci mərhələdə İraqın şimalına 300 meqavat gücündə enerji ötürülüb. Layihənin ikinci mərhələsi yekunlaşır. Bu zaman əlavə olaraq 600 meqavatlıq elektrik mübadiləsi olacaq. Səudiyyə Ərəbistanı ilə ilkin gücü 1000 meqavat olacaq elektrik enerjisi mübadiləsi layihəsi üzrə işlər davam edir. Artıq işin mexanizmləri və naqillərin qoşulma yerləri müəyyən olunub. Bu layihənin 36 aydan sonra işə salınması gözlənilir.
“Əl-Cəzirə” kanalının məlumatına görə, İraq 1990-cı illərin əvvəllərindən etibarən, xüsusən də Körfəz müharibəsindən sonra elektrik enerjisi təminatında problemlə üzləşir. Elektrik enerjisi istehsalını artırmaq üçün 2003-cü ildən bəri həyata keçirilən tədbirlər istənilən nəticəni verməyib. Əksinə, ölkə elektrik enerjisinə olan ehtiyacı ödəmək üçün İrandan aldığı təbii qazdan asılı hala düşüb.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

