Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Luvr muzeyi ilə bağlı təklif narazılıq yaradıb

Luvr muzeyi ilə bağlı təklif narazılıq yaradıb

26.01.2025 [11:19]

Fransanın Mədəniyyət Nazirliyi Luvr muzeyində diferensial tarif tətbiqi ilə bağlı təklif irəli sürüb.

AZƏRTAC xəbər verir ki, nazirlik muzeyi ziyarət edən qeyri-avropalılar üçün daha böyük qiymət tətbiq etmək istəyir. Məqsəd bu yolla muzeyin təmir və saxlanma xərclərini qarşılamaqdır.

Muzeyi 2024-cü ildə ziyarət edən 8,7 milyon nəfərin 80 faizi əcnəbi olub. Fransa mediasının məlumatına görə, muzey binanın və avadanlıqların köhnəlməsi problemi ilə üzləşib. Su sızması və temperatur rejiminin saxlanmasındakı çətinliklər eksponatların mühafizəsini təhlükə altına alır. Dövlət subsidiyasının ilbəil azalması isə muzeydə bərpa və innovasiya işlərinin ləngiməsinə mane olur.

Fransadan daha uzaqda yerləşən ölkələrdən gələnlər üçün daha böyük məbləğ təklif edilməsi isə mədəniyyət işçiləri arasında yaxşı qarşılanmayıb. Bir çoxları bu yanaşmanı diskriminasiya hesab edir. İKT mütəxəssisləri isə belə bir sistemin tətbiqinin çox çətin olacağı qənaətindədirlər.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31