Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliya Qəzzaya 100 tondan çox humanitar yardım göndərib

İtaliya Qəzzaya 100 tondan çox humanitar yardım göndərib

29.01.2025 [14:51]

İtaliya Qəzza zolağına 100 tondan çox humanitar yardım göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Nazirlər Şurasının məlumatında deyilir.

“İtaliya regional və beynəlxalq tərəfdaşları ilə birlikdə Yaxın Şərq regionunu sabitləşdirmək və onun əhalisini dəstəkləməklə bağlı öhdəliyini davam etdirir. İtaliya və İordaniya Silahlı Qüvvələrinin helikopterlərinin keçirdiyi birgə hava əməliyyatı nəticəsində Qəzza zolağına humanitar yardımlar göndərilib. “Qəzza üçün ərzaq” təşəbbüsü çərçivəsində bölgə əhalisinə 100 tondan çox ərzaq və sağlamlıq məhsulları çatdırılıb. Yaxın bir neçə gün ərzində Dünya Ərzaq Proqramı (WFP) vasitəsilə 15 yük maşını ilə daha 15 ton yardım Qəzzaya çatacaq. Bundan başqa, Misirdə İtaliya Silahlı Qüvvələrinin “Vulcano” adlı gəmisində italiyalı həkimlər tərəfindən Qəzzadakı mülki insanlarla bağlı səhiyyə fəaliyyətləri həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31