Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb

30.01.2025 [09:12]

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bildirilir ki, ən böyük itkiləri 9,3 milyard dollar dəyərində LVMH şirkətlər qrupunun sahibi Bernard Arno, 6,3 milyard dollar dəyərində “Nvidia” şirkətinin baş direktoru Censen Huan və 3,8 milyard dollar dəyərində ABŞ-ın yeni Hökumətin Effektivliyi Departamentinin rəhbəri, “Tesla” və “SpaceX”in sahibi Elon Mask olub. İlk beşliyə 2,3 milyard dollar itki ilə “Oracle” şirkətinin sahibi Larri Ellison və 2,2 milyard dollar itki ilə “L'Oreal” şirkətinin sahibi Fransua Betankur Meyer daxildir.

Maliyyə itkilərinin əsas səbəbi süni intellekt və yüksək brendlərlə əlaqəli şirkətlərin səhmlərinin kəskin azalması ilə bağlıdır. “Tesla”nın itkiləri (5,2 faiz) “Cybertruck” avtomobilinin istehsalındakı gecikmələrlə əlaqələndirilir.

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31