Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: ABŞ-da Trampla bağlı araşdırmalarda iştirak edən yüzlərlə FTB agenti işdən çıxarıla bilər

Media: ABŞ-da Trampla bağlı araşdırmalarda iştirak edən yüzlərlə FTB agenti işdən çıxarıla bilər

01.02.2025 [21:26]

ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər. İlk növbədə, bu tədbir 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər.

Nəşr qeyd edir ki, FTB-nin Vaşinqtondakı mənzil-qərargahının əməkdaşlarına bu iki iş üzrə araşdırmalarla bağlı sənədləri təhvil vermək əmri verilib. Tramp administrasiyasının ekspertlərinin araşdırmada iştirak edən agentlərin adları üçün onları nəzərdən keçirməsi gözlənilir.

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31