Trampın yeni sazişlər irəli sürməsi
05.02.2025 [08:44]
İsrailin ərəb ölkələri ilə münasibətində yeni mərhələ yarada bilər
Qəzzada atəşkəsin təmin olunmasına baxmayaraq, bölgədə vəziyyət həssas olaraq qalır. Atəşkəs sazişi qüvvəyə mindikdən sonra həm İsrail, həm də Fələstin tərəfində sadə insanlar hərbi əməliyyatların dayandırılması, girovların azad edilməsi və öz evlərinə qayıtmaq sevincini yaşayırlar. Amma hər an vəziyyətin yenidən gərginləşəcəyi ilə bağlı narahatlıqlar da səngimir. Belə demək mümkünsə, müharibə qorxusu hələ də davam edir.
Qeyd edək ki, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə uzun müddət ərzində keçirilən danışıqlar nəticəsində yanvarın 16-da İsrail və HƏMAS arasında atəşkəs sazişi imzalandı - artıq mərhələli şəkildə icra olunan bu sazişə əsasən, İsrail ordusu Qəzza zolağından geri çəkilməli, girovlar qarşılıqlı olaraq azad edilməli, ərazidəki yeri əhali öz evlərinə qayıtmalı və onlara humanitar yardım olunmalı, o cümlədən ərazidə infrastruktur, enerji və su şəbəkələri yenidən qurulmalıdır.
Bir sıra eskpertlər hər iki tərəf arasında əldə olunan atəşkəs sazişini mühüm nailiyyət hesab etsələr də, onlar bunun bölgədə vəziyyətin tam sabitləşməsinə töfhə verməyəcəyi qənaətindədirlər - danışıqların davam etməsinin, xüsusilə Amerika Birləşmiş Ştatları daxil olmaqla region ölkələri - Misir, Qətər və Türkiyənin prosesdə iştirakının zəruriliyini vurğulayırlar. Onlar hesab edilər ki, bölgədə sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün ABŞ ilə bu ölkələr arasında əlaqələr və təmaslar daha da intensivləşməli, sözsüz ki, qarşılıqlı təmaslar fonunda İsrail və Fələstinin mövqeyi nəzərə alınmalı və yeni saziş imzalanmalıdır.
Proseslırin inkişafı isə yaxın gələcəkdə Tramp administrasiyasının Şərq strategiyasından çox asılı olacaq. İstisna deyil ki, birinci hakimiyyəti dövründə olduğu kimi ikinci hakimiyyəti dövründə də Donald Trampın Yaxın Şərq siyasətində İsrail-Ərəb ölkələri münasibətləri xüsusi əhəmiyyət kəsb edəcək.
Abraham sazişləri yenidən ortaya çıxa bilər
Məsələ ilə bağlı politoloq Qədir Aslan “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Abraham sazişləri yenidən ortaya çıxa bilər. 2020-2021-ci illərdə Donald Trampın vasitəçiliyi ilə İsrail ilə dörd ərəb ölkəsi - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Sudan arasında mühüm sazişlər imzalanmışdı. “Abraham” adı ilə tanınan bu sazişlərin əsas mahiyyəti İsrail ilə sözügedən ərəb ölkələri arasında münasibətlərdə yeni mərhələ yaratmaq və ikitərəfli diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər qurmaq idi. Əgər Tramp hakimiyyətdə qalsa idi, bu prosesə Səudiyyə Ərəbistan da daxil ediləcəkdi: “Güman ki, Tramp bu siyasəti davam etdirəcək, xüsusilə İsrail-Fələstin-Livan bölgəsində sülhü və sabitliyi təmin etmək üçün İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşması istiqamətində çox ciddi addımlar atmağa çalışacaq. Trampın yeni sazişlər irəli sürməsinə şahidi ola bilərik. Eyni zamanda, qeyd edim ki, neft-qaz ehtiyatları ilə zəngin olan Körfəz ölkələri İsrail ilə ikitərəfli münasibətlərin qurulmasında maraqlıdır və bunun üçün Trampın dəstəyinə ümid edirlər”.
Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturası
Q.Aslan hesab edir ki, İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşması regionda daimi sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına, habelə qarşılıqlı maraqlara dayanan yeni iqtisadi sistemin formallaşmasına münasib şərait yaradacaq: “ABŞ, Böyük Britaniya, İsrail və Türkiyə, həmçinin Azərbaycan da Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasının müəyyən olunmasında iştirak edə bilər. Bunun üçün resurslar və zəminlər var. Xüsusilə, bir məqamı da diqqətə çatdırım ki, Türkiyə və İsrail regionda istənilən təhlükəyə qarşı birgə mübarizənin aparılmasında və təhlükəsizliyin möhkəmlənməsində birgə addımlar ata bilərlər. Azərbaycan da qardar Türkiyəyə və dost İsrailə dəstək verməyə hazırdır”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13

