Sergey Lavrov: Bu həftənin sonunda növbəti Rusiya-ABŞ danışıqları olacaq
24.02.2025 [20:58]
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi, fevralın 24-də bildirib ki, Rusiya ilə ABŞ arasında yeni görüş bu həftənin sonunda baş tutacaq.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Lavrov Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə mətbuat konfransında bildirib ki, diplomatik missiyaların fəaliyyətindəki maneələri aradan qaldırmaq üçün bu həftə Rusiya ilə ABŞ arasında tam tərkibdə danışıqlar aparılacaq. O əlavə edib ki, həmkarı Hakan Fidana ötən həftə Səudiyyə Ərəbistanında ABŞ ilə aparılmış danışıqların nəticələri barədə məlumat verib.
Lavrov daha sonra deyib: “Biz türk dostlarımıza fevralın 18-də Ər-Riyadda baş tutan və çoxsaylı ziddiyyətlərə baxmayaraq, təbii ki, normal dialoqun aparılması imkanı baxımından yüksək qiymətləndirilən Rusiya-ABŞ danışıqları barədə ətraflı məlumat verdik”.
Ukrayna münaqişəsinin həlli perspektivləri ilə bağlı suala cavab verən rusiyalı nazir deyib ki, Moskva Ukrayna, Avropa və istənilən tərəflə danışıqlara hazırdır, lakin döyüşlər yalnız Moskva üçün məqbul olan nizamlanma əldə edildikdə dayandırılacaq. Lavrov xatırladıb ki, Rusiya dəfələrlə atəşkəs elan edib. Onun sözlərinə görə, Ukrayna tərəfin bundan öz mövqelərini möhkəmləndirmək üçün istifadə edib. “Biz Ukrayna, Avropa və sülhün əldə olunmasına kömək etmək istəyən hər bir nümayəndə ilə danışıqlara hazırıq, lakin bu danışıqlar Rusiya Federasiyasına uyğun olan qəti və davamlı nəticə verdikdə mübarizəni dayandıracağıq”, -deyə rusiyalı nazir vurğulayıb.
O, həmçinin bildirib ki, 2022-ci ilin aprelində İstanbulda Ukrayna ilə razılaşma əldə olunub, amma Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson buna əngəl törədib və Qərb Rusiyanı zəiflətmək üçün onun həyata keçirilməsinə mane olub.
Lavrovun sözlərinə görə, Moskva Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya ilə danışıqlara ABŞ nümayəndəsinin təyin olunmasını gözləyir. O, həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya qoşulmaması gələcək sülh sazişində mütləq şərt olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

