Atəşkəsə hazırlıq, yoxsa müharibədə yeni faza?
15.03.2025 [09:19]
Rusiya ilə Ukrayna danışıqların bir addımlığındaykən...Son dövrlərdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə gedən proseslər daha da intensivləşib. Xüsusilə qeyd etmək lazımdır ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda aparılan ABŞ-Rusiya danışıqları, o cümlədən martın 10-da Ciddə şəhərində baş tutan ABŞ-Ukrayna danışıqlarında müəyyən nailiyyətlər əldə olunub, hətta ABŞ rəsmilərinin son açıqlamaları yaxın zamanda Moskva ilə Kiyev arasında atəşkəs sazişinin imzalanması ehtimalını da artırır. Lakin buna baxmayaraq, cəbhə xəttində tam fərqli vəziyyət müşahidə olunur, demək olar ki, hər iki tərəfin ərazisində hərbi əməliyyatlar və döyüşlər daha aktiv mərhələyə qədəm qoyub. Başqa sözlə, münaqişə tərəflərinin emosiyalarının artdığını görürük. Prezident Vladimir Putinin Kurskda son durum ilə tanış olmaq üçün bölgəyə hərbi formada gəlməsi xüsusi diqqət çəkir. Bir yandan atəşkəslə bağlı açıqlamalar səsləndirilməsi, digər tərəfdən isə qızğın döyüş əməliyyatlarının getməsi ilk baxışdan paradoksal görünsə də, bunun səbəbləri maraq doğurur.
Hər iki tərəf öz məqsədinə nail olmağa çalışır
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, atəşkəs sazişinin imzalanmasına qədər cəbhədə intensiv döyüş əməliyyatları davam edəcək. Onun sözlərinə görə, müharibə aparan tərəflər öz məqsədlərinə nail olmağa çalışırlar. “Tarix boyu istər atəşkəs sazişi, istərsə də sülh müqaviləsi ilə bağlı danışıqlar başlamamazdan öncə istənilən dövlətin hədəfində cəbhədə daha çox irəliləmək, öz hərbi mövqelərini möhkəmləndirmək və hər hansı strateji əhəmiyyətli nöqtəni ələ keçirmək ilkin prioritet olub. Münaqişə tərəfləri - Rusiya və Ukrayna da bu mövqedən çıxış edirlər. Hazırda Rusiya Ukraynanın cənub-şərq əraziləri - Donbas, Luqansk, Xerson və Zaporojye bölgələrində daha çox ərazini nəzarətə götürmək, Ukrayna isə rus qoşunlarının irəliləməsinin qarşısını almaq və öz mövqelərini qorumaq niyyətindədir. Moskva öz istəklərinə nail olacağı təqdirdə danışıqlar masası arxasına daha güclü oturacaq və masada sadalanan dörd vilayət üzərində de-fakto nəzarətinin tanınmasını tələb edəcək”.
Atəşkəs Ukrayna üçün lazımdır
Politoloq vurğulayıb ki, Kurskda Ukrayna ordusu çox ağır və acınacaqlı vəziyyətlə qarşılaşıb: “Rusiya Ukrayna qoşunlarını Kurskdan tam çıxarmayana qədər atəşkəsə razılıq verməyəcək. Proses hələ ki, bu cür davam edəcək. Ukraynaya gəlincə, hazırda rəsmi Kiyevin atəşkəsə ehtiyacı var. Ukraynanın Kurskda 10 minə yaxın qoşunu mühasirəyə düşüb. Həm irəliləmək, həm də geri çəkilmək baxımından ciddi problemlərlə üzləşiblər. Atəşkəs Kiyevə ona görə lazımdır ki, Kurskdakı Ukrayna ordusu tam məhv olmasın və xüsusi dəhliz vasitəsilə öz qoşunlarını bölgədən sağ-salamat çıxartsın”.
ABŞ çıxılmaz vəziyyətdə qala bilər
A.Nərimanlı bildirib ki, Kremlin ABŞ-ın atəşkəs təklifi ilə razılaşmayacağı təqdirdə Vaşinqton Ukraynaya hərbi dəstəyi davam etdirə və Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər. Amma: “Rusiya nüvə ölkəsi olduğu üçün Vaşinqton Moskva ilə açıq qarşıdurmaya girməyəcək. Eyni zamanda, Ukraynanı yenidən silahlandırıb müharibəni uzatmaq ABŞ-ın hazırki administrasiyasının strategiyasına uyğun deyil. Hazırki hakimiyyət Ukraynada müharibənin tez bir zamanda sona çatmasında maraqlıdır. O ki qaldı Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiya paketlərinə, üç il ərzində istər ABŞ, istərsə də Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyalar Rusiyanı tam sıradan çıxara bilməyib. Bəli, Moskvanın strateji enerji resurslarına sanksiya tətbiq etməklə Rusiya iqtisadiyyatına ciddi zərbə vurmaq olar. Ancaq bunun özü də Avropanın enerji təhlükəsizliyini təhlükə altına salacaq. Həmçinin Rusiya öz neft və qazını tədarük etmək üçün alternativ bazarlar tapıb. Vaşinqton bunu çox yaxşı başa düşür”.
Rusiya atəşkəsdə maraqlı görünmür
Hərbi ekspert Ramin Məmmədlinin fikrincə, Rusiya Ukrayna və Qərb tərəfindən bütün tələblərinin yerinə yetiriləcəyi təqdirdə atəşkəsə razı olacaq. O bildirib ki, Moskva Ukraynada daha böyük ərazəyə sahib olmaq niyyətindədir: “Ukrayna ilə bağlı səsləndirilən bütün fikirlərdə bir məqama xüsusi diqqət yetirmək lazımdır. Sözsüz ki, bu, Rusiyanın siyasi tələbləri və hərbi-strateji ambissiyaları ilə bağlıdır. Moskvanın tələbləri budur ki, Ukrayna Qərblə hərbi əməkdaşlıq etməməli, NATO-ya üzv olmamalı, Ukrayna tam tərkisilah olunmalı və Ukraynanın Donbas, Luqansk, Xerson və Zaporojye vilayətləri Rusiyanın nəzarətinə verilməlidir. Bu səbəbdən Vaşinqton tərəfindən irəli sürülən atəşkəs sazişi Kreml üçün keçərli deyil. Putinin başlıca məqsədi Ukraynanı kapitulyasiyaya məruz qoymaqdır,” - deyə R.Məmmədli əlavə edib: “Bildiyimiz kimi, rus ordusu Kursk vilayətinin Suca şəhəri üzərində nəzarəti bərpa edib. Kurskda işlərini bitirdikdən sonra Rusiya silahlı qüvvələri Sumi istiqamətində Ukraynanın sərhədini keçib Xarkova daxil olmağa çalışacaqlar. Onu da qeyd edib ki, artıq rus ordusu Zaporojye şəhərinə yaxınlaşırlar. Moskva Ukraynanı istədiyi sülhə məcbur etməkdə iddialıdır.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

