Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Mahaçqalada yol polisinə silahlı hücum nəticəsində iki polis əməkdaşı həlak olub

Mahaçqalada yol polisinə silahlı hücum nəticəsində iki polis əməkdaşı həlak olub

05.05.2025 [18:09]

Mahaçqalada iki naməlum silahlı şəxs yol polisinin əməkdaşlarına hücum edib.

AZƏRTAC xəbər verir ki, hadisə Kərimov və Maqomedtaqirov küçələrinin kəsişməsində baş verib. İlkin məlumata görə, hücum nəticəsində iki polis əməkdaşı həlak olub. Hücum edənlərdən biri cavab atəşi ilə öldürülüb, ikincisi isə hadisə yerindən qaçıb. Onun yaxalanması istiqamətində əməliyyat keçirilir.

Hücum anı müşahidə kameralarına düşüb. Görüntülərdə iki kişinin bir müddət səkidə dayandığı, sonra isə polisə tərəf getdiyi görünür.

Hazırda əməliyyat-axtarış tədbirləri aparılır. Təhlükəsizlik əməkdaşları hücum edənlərin şəxsiyyətini müəyyənləşdirir və hadisənin bütün təfərrüatını aydınlaşdırırlar.

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31