Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyada əhalinin hər dörd nəfərindən biri miqrasiyamənşəlidir

Almaniyada əhalinin hər dörd nəfərindən biri miqrasiyamənşəlidir

22.05.2025 [23:07]

Almaniya əhalisinin 25,6 faizi – yəni 21,2 milyon nəfər miqrasiyamənşəlidir. Bu göstərici ötən illə müqayisədə 4 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Statistika İdarəsinin məlumatında qeyd olunub.

Miqrasiyamənşəli şəxslər kateqoriyasına 1950-ci ildən sonra Almaniyaya köç edənlər və ya hər iki valideyni həmin tarixdən sonra gəlmiş şəxslər daxildir. Təxminən 16,1 milyon nəfər (19,6 faiz) birbaşa özü Almaniyaya miqrasiya edib. Onlardan 5,2 milyonu Almaniyada doğulmuş, lakin hər iki valideyni miqrant olan şəxslərdir. Əlavə 4,1 milyon nəfərin isə yalnız bir valideyni miqrasiya keçmişinə malikdir və bu qrup statistik olaraq miqrasiyamənşəli sayılmır.

Məlumata əsasən, miqrasiyamənşəli əhali Almaniya üzrə daha gənc yaş qrupuna daxildir. Belə ki, onların orta yaşı 38,2-dir ki, bu da miqrasiyamənşəli olmayan əhaliyə nisbətən 9 yaş azdır. Xüsusilə 20-39 yaş arası qrupda hər üç nəfərdən biri miqrasiyamənşəlidir.

2015-ci ildən sonra Almaniyaya köç edənlərin sayı 6,5 milyon nəfərə çatıb. Əsas miqrasiya səbəbləri arasında müharibə və təqiblərdən qaçış (31 faiz), iş imkanı (23 faiz) və ailə birləşməsi (21 faiz) göstərilib. Miqrasiya olunanların mənşə ölkələri arasında Ukrayna və Suriya ilk sıralardadır. Gender baxımından isə kişilər əsasən iş və sığınacaq səbəbi ilə, qadınlar isə ailə birləşməsi məqsədilə Almaniyaya gəliblər.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30