Dünyanın mavi “qatı”...
06.06.2025 [08:27]
Okeanlar: su hövzəsi, oksigen qaynağı
Dünyanın 3/4-nü təşkil edən su hövzələrinin ən böyük “təmsilçisi olan” okeanlar həm də nəfəs aldığımız oksigenin əsas “istehsalçısıdır”. Okean yağışı və quraqlığı tənzimləyən qlobal iqlim nəzarətçisidir - bu böyük su hövzələri karbon dövranını və beləliklə də, yerdəki istiliyi tarazlıqda saxlayır. Dünyada cəmi 4 okean var: Sakit okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanı. Dünya okeanında su qatının orta dərinliyi 3700 metrdir. Ən dərin nöqtə Marian çökəkliyində yerləşir.
Adətən Yerin ikinci adını “mavi planet” adlandırırlar. Əslində, bu ad təsadüfən yaranmayıb. Belə ki, ilk kosmonavtlar Yeri kosmosdan görəndə, planetimiz onların qarşısına məhz mavi rəngdə çıxmışdı. Planetimizin nə üçün yaşıl deyil, mavi görünməyinə gəlincə, buna səbəb Yer səthinin böyük hissəsinin dünya okeanının mavi suları ilə əhatə edilməsidir.
Sakit, “yunan mifi”, “Şərq yolu”...
Əsas dörd okeanın ən böyüyü olan Sakit okean öz adını Magellanın rəhbərlik etdiyi dəniz səyyahları onu keçən zaman inanılmaz dərəcədə sakit olduğu səbəbindən alıb. Sakit okeanın digər adı - Böyük okeandır. O, həqiqətən də nəhəngdir - Dünya okeanı sularının 1/2 hissəsi onun payına düşür, Sakit okean Yer səthinin 2/3 hissəsini tutur.
Atlantik okeanı isə böyüklüyünə görə Sakit okeandan sonra ikinci yerdə gəlir. Onun adının mənşəyi dünya alimləri arasında hələ də mübahisə obyektidir. Versiyalardan birinə görə, Atlantik okeanının adı yunan mifologiyasının nümayəndəsi titan Atlantın şərəfinə qoyulub. İkinci versiyanın tərəfdarları isə iddia edirlər ki, o öz adına görə Afrikada yerləşən Atlas dağlarına borcludur. Ən “gənc” - üçüncü versiyaya görə, Atlantik okeanı itən sirli Atlantida materikinin şərəfinə belə adlandırılıb.
Çox sayda nadir flora və fauna növlərinin yaşadığı Hind okeanı böyüklüyünə görə üçüncü yerdə qərarlaşıb. Tədqiqatçıların fikrincə, burada dəniz səyahətləri təxminən 6 min il bundan öncə başlayıb. Hind okeanının ilk dəniz səyyahları olan ərəblər buranın ilk xəritəsini də cızıblar. Onu sonradan Vasko da Qama, Ceyms Kuk da tədqiq edib.
Ən kiçik, ən soyuq və Dünya okeanının bütün hissələrindən ən az tədqiq olunan Şimal buzlu okeanı Arktikada yerləşir. Okean yalnız XVI əsrdən - dəniz səyyahları zəngin şərq ölkələrinə qısa yol tapmaq istədikləri vaxtdan tədqiq olunur. Onun orta dərinliyi 1225 metr, maksimal dərinliyi isə 5527 metrdir.
2000-ci ildə alimlər Dünya okeanının beşinci hissəsinin də mövcud olduğunu isbat etməyə müvəffəq olublar. O, Cənub okeanı adlanır və Şimal buzlu okeanından başqa bütün okeanların Antarktida sahillərini yuyan cənub hissələrini özündə birləşdirir. Cənub okeanı üçün dəyişkən hava şəraiti, güclü küləklər, siklonlar xarakterikdir.
Okeanlar günü...
Yeni araşdırmalar göstərir ki, milyardlarla il əvvəl dünya okeanları bugünkü mavi rəngdə deyil, yaşıl rəngdə olub. Bu kəşf təkcə planetimizin keçmişi haqqında deyil, həm də kainatda yadplanetli həyat axtarışları üçün yeni perspektivlər təqdim edə bilər.
Okeanlarımızın tarixini və keçirdiyi rəng dəyişikliyini başa düşmək təkcə Yer haqqında yeni biliklər vermir, həm də başqa planetlərdə həyat axtarışına yeni istiqamət verə bilər. İndiyə qədər alimlər bütün planetlərdə oksigeni əsas bioloji göstərici kimi qəbul edirdilər. Lakin yeni araşdırma göstərir ki, yaşıl okeanlar da erkən həyat formalarının mövcudluğunun göstəricisi ola bilər. Yeri gəlmişkən, 8 iyun Ümumdünya Okeanlar Günüdür. Okeanoloqlar bu günü 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda keçirilən “Ətraf mühit və inkişaf” konfransında elan ediblər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxFormula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37

