Tədqiqat: Uşaq səhər yeməyi üçün nəzərdə tutulmuş hazır dənli bitkilərin keyfiyyəti zəifləyir
08.06.2025 [18:20]
Yeni akademik araşdırma 2010–2023-cü illər arasında ABŞ-da satışa çıxarılan və xüsusilə 5–12 yaş arası uşaqlara yönəlmiş səhər yeməyi üçün nəzərdə tutulmuş hazır dənli bitkilərin qida tərkibində ciddi keyfiyyət azalmalarının baş verdiyini üzə çıxarıb.
AZƏRTAC “sciencealert” saytına istinadla xəbər verir ki, araşdırma nəticələrinə əsasən, son on il ərzində bu məhsullar daha şirin, daha duzlu və daha az qidalı hala gəlib.
ABŞ-da bir neçə elmi qurumun əməkdaşlığı ilə aparılan tədqiqatda 2010–2023-cü illər arasında bazara çıxarılan və ya yenidən qablaşdırılmış 1200-ə yaxın uşaq taxılı məhsulunun tərkibi analiz edilib. Məhsulların qida göstəriciləri qida verilənlər bazası üzərindən təhlil edilib və zamanla müqayisə aparılıb.
Nəticələrə əsasən, 2010-cu ildə porsiya başına 1.13 qram olan ümumi yağ miqdarı 2023-cü ildə 1.51 qramadək artıb (33.6 faiz artım). Ortalama şəkər miqdarı 2010-cu ildə 10.28 qram idisə, bu rəqəm 2023-cü ildə 11.40 qram olub (10.9 faiz artım). Natrium - 156 mq-dan 206.1 mq-a yüksəlib (32.1 faiz artım). Zülal və lif - Hər iki qida elementi üzrə azalma müşahidə olunub, baxmayaraq ki, konkret faiz dərəcələri göstərilməyib.
Tədqiqatçılar qeyd edirlər ki, bu dəyişikliklər məhsulların hazırlanmasında dadın və kommersiya cəlbediciliyinin, qida keyfiyyəti üzərində prioritetləşdirildiyini göstərir. Bu da uşaqlarda piylənmə və ürək-damar xəstəliklərinin gələcək risklərini artırır.
Hazırda ABŞ-da hər beş uşaqdan biri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir və bu göstərici artmaqda davam edir. Tədqiqatçılar vurğulayır ki, səhər yeməyi uşaqların gündəlik enerji və qida ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır. Lakin taxıllar kimi geniş istifadə olunan məhsulların bu dərəcədə şəkərli və natriumlu olması, onların sağlam seçimlər kimi təqdim olunması ilə ziddiyyət təşkil edir. Əlavə olaraq, araşdırma göstərir ki, bir çox taxıl paketlərində yerləşdirilən “sağlam” etiketləri real tərkiblə uyğun gəlmir və bu da valideynlərin düzgün qida seçimi etməsini çətinləşdirir. Mövcud qanunvericiliyə görə, ABŞ-da taxıl istehsalçıları məhsullarına “sağlam” etiketi vurmaq istədikdə müəyyən qaydalara riayət etməlidirlər. Lakin ümumi qida tərkibi ilə bağlı ciddi tənzimləyici məcburiyyətlər mövcud deyil. Tədqiqatçılar belə qənaətə gəlirlər ki, səhər yeməyi taxıllarının tərkibindəki bu mənfi tendensiyalar ictimai sağlamlıq baxımından narahatedici məqamdır. Geniş istifadə olunan bu məhsulların keyfiyyət dəyişikliyinin izlənməsi və valideynlərin məlumatlı şəkildə seçim etməsi üçün maarifləndirmə və tənzimləyici tədbirlərə ehtiyac var.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

