Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hindistanda helikopter qəzaya uğrayıb

Hindistanda helikopter qəzaya uğrayıb

15.06.2025 [11:18]

Hindistanın Uttaraxand ştatında içərisində 7 nəfər olan helikopter qəzaya uğrayıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Rudraprayaq rayonu ərazisində baş verib. Ştatın baş naziri Puşkar Sinqh “X” sosial şəbəkəsindəki hesabında hadisə yerinə xilasedicilərin cəlb olunduğunu yazıb.

Uttaraxand ştatının mülki aviasiya idarəsi qəzanın yerli vaxtla səhər saat 5:20-də baş verdiyini açıqlayıb. Qəza vaxtı helikopterdə pilot və biri uşaq olmaqla 6 sərnişin var imiş. Onlar ziyarətgaha gedən zəvvarlar olub. Qəza barədə məlumatı ilk olaraq ərazidə odun yığan sakinlər verib. Son məlumata görə 5 nəfər ölüb.

Qeyd edək ki, bu, cari həftə ərzində Hindistanda 2-ci aviasiya qəzasıdır. İyunun 12-də Əhmədabad şəhərindən Londona uçmaq üçün səmaya qalxan “Air İndia” şirkətinə məxsus “Boeing 787 Dreamliner” tipli sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Nəticədə təyyarədə 242 nəfərdən 241-i, habelə təyyarənin düşdüyü tibb kollecinin yataqxanasının bir neçə sakini ölüb.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30