Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaxın Şərqdəki gərginlik fonunda Qazaxıstan aviaşirkətlərinin bəzi reysləri ləğv edilib

Yaxın Şərqdəki gərginlik fonunda Qazaxıstan aviaşirkətlərinin bəzi reysləri ləğv edilib

24.06.2025 [19:33]

Qazaxıstan aviaşirkətləri aparılan risk qiymətləndirmələrinə əsaslanaraq və təhlükəsizlik səbəbi ilə Dubay və Dohaya bir sıra reysləri ləğv etmək qərarına gəliblər.

AZƏRTAC Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar region ölkələrinin bir çoxu mülki aviasiya üçün rəsmi olaraq məhdudiyyətlər tətbiq edib və ya öz hava məkanını tamamilə bağlayıb.

“Silahdan istifadə təhlükəsi, naviqasiya sistemlərinin işindəki nasazlıqlar, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və mülki aviasiya vasitələrinin uçuşları üçün yüksək risklər səbəbindən məcburi tədbirlər görülüb”, -deyə məlumatda deyilir.

Nazirlik vurğulayır ki, Qazaxıstan aviaşirkətlərinin Fars körfəzi ölkələrinə uçuşları ləğv etməsi regionda hərbi-siyasi vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda məcburi və əsaslandırılmış tədbirdir. Qəbul edilən qərarlar beynəlxalq təcrübəyə uyğundur, həmçinin sərnişinlərin və ekipajların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30