Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada anomal istilər səbəbindən iki nəfər ölüb

İtaliyada anomal istilər səbəbindən iki nəfər ölüb

02.07.2025 [13:31]

İtaliyada Afrika antisiklonunun güclənməsi ilə müşahidə olunan qızmar isti səbəbindən iki nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, Palermo və Bolonyada 53 və 47 yaşlarında iki nəfər həddindən artıq istinin təsirindən vəfat edib. Viçenzada isə iki nəfərin günvurmadan xəstəxanaya yerləşdirildiyi və birinin komada olduğu bildirilib.

Səhiyyə Nazirliyi 18 şəhərdə qırmızı xəbərdarlıq elan edib. Müxtəlif bölgələrdə havanın temperaturu 40 dərəcədən yüksəkdir. Ölkə üzrə xəstələnənlər və fövqəladə xidmətlərə günvurma şikayəti ilə müraciət edənlərin sayı da artmaqdadır.

Florensiya və Berqamo şəhərlərində isə elektrik istehlakının artması və istilər səbəbindən kabellərin həddindən artıq qızması, hər iki şəhərdə elektrik enerjisinin bir müddət kəsilməsinə səbəb olub.

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30