Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropanın dörd ölkəsi silah tədarükü üçün Ukraynaya 1 milyard dollardan çox vəsait ayırır

Avropanın dörd ölkəsi silah tədarükü üçün Ukraynaya 1 milyard dollardan çox vəsait ayırır

06.08.2025 [15:03]

Danimarka, Norveç, İsveç və Niderland ABŞ silahlarının Ukraynaya tədarükü üçün 1 milyard dollardan çox maliyyə vəsaiti ayıracaq.

AZƏRTAC “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Danimarka, Norveç və İsveç Ukrayna üçün 500 milyon dollar məbləğində əlavə silah paketinin maliyyələşdirilməsi qərarını elan edib.

O xatırladıb ki, avqustun 4-də Niderland 500 milyon avrodan çox dəyəri olan ABŞ silah və sursatlarının ilk paketinin çatdırılması üçün vəsait ayırmağa razılaşıb. Onların arasında “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər də var.

Bryus qeyd edib ki, yüksək texnologiyaya malik Amerika silahlarının dəyəri 1 milyard dollardan çoxdur.

“Bu, Ukraynaya mühüm infrastrukturu və mülki əhalinin həyatını qorumağa, həmçinin davamlı atəşkəs əldə olunana qədər döyüş meydanında dayanmağa imkan verəcək”, -deyə Dövlət Departamentinin mətbuat katibi bildirib.

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30