/ / “Reuters”: Moskvadakı mənbə Alyaska görüşü ərəfəsində ABŞ və Rusiyanın ortaq məxrəcə gəldiyini bildirir
“Reuters”: Moskvadakı mənbə Alyaska görüşü ərəfəsində ABŞ və Rusiyanın ortaq məxrəcə gəldiyini bildirir
15.08.2025 [15:00]
Donald Tramp və Vladimir Putin cümə günü axşam saatlarında Alyaskada danışıqlar aparacaqlar. Əsas diqqət ABŞ Prezidentinin Ukrayna ilə bağlı atəşkəs sazişinin imzalanmasına təkan verməsinə yönəlib, eyni zamanda, yeni nüvə razılaşması da müzakirə olunacaq.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Rusiya və ABŞ liderlərinin Alyaskada “Soyuq müharibə” dövründən qalma hərbi hava bazasında keçirilən görüşü Trampın Ağ evə qayıtmasından sonra onların ilk təkbətək danışığı olacaq.
Agentlik yazır ki, Tramp bu müharibədə onun Nobel Sülh Mükafatına layiq qlobal sülhməramlı kimi etimadnaməsini gücləndirəcək atəşkəsə nail olmağa çalışır. Putin isə Qərbin Rusiyanı təcrid etmək üçün illərlə etdiyi cəhdlərin iflasa uğradığını və Moskvanın beynəlxalq diplomatiyanın ən yüksək masasında öz layiqli yerinə qaytarıldığını söyləmək üçün bu görüşdən istifadə edə bilər. O, həmçinin uzun müddətdir ki, Trampla Ukrayna liderinin iştirakı olmadan danışmağa can atır.
Bir vaxtlar Rusiyanın Ukraynadakı müharibəsini 24 saat ərzində bitirəcəyini deyən Tramp cümə axşamı etiraf edib ki, İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük quru hərb meydanı olan münaqişə onun düşündüyündən daha çətin problemdir. Onun sözlərinə görə, Putinlə danışıqlar yaxşı keçərsə, tezliklə Zelenski ilə növbəti üçtərəfli sammitin təşkili daha vacib olacaq.
Kremlə yaxın mənbələrdən biri “Reuters”ə Moskvanın Ukrayna məsələsində güzəştə getməyə hazır ola biləcəyinə dair işarələrin olduğunu bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Moskva heç vaxt “kartlarını” əvvəlcədən açıqlamayıb.
Müharibənin Rusiya iqtisadiyyatını zəiflətdiyi bir şəraitdə Putin çalışır ki, Trampın vasitəsilə Rusiyaya Qərbin durmadan sərtləşən sanksiyalarından qurtulsun və ya ən azı ABŞ Prezidenti daha çox sanksiyalar tətbiq etməsin. Sammitdən bir gün əvvəl Rusiya Prezidenti gələn ilin fevralında başa çatmalı olan sonuncu sazişi əvəz edəcək yeni nüvə silahlarına nəzarət paktının perspektivini də açıqlayıb.
Tramp sammit ərəfəsində Putinin Ukrayna ilə bağlı razılaşma əldə edəcəyini düşündüyünü, lakin sıçrayış şansının mütləq olmadığını bildirib. Bu arada, Putin ABŞ-ın müharibəni bitirmək üçün göstərdiyi “səmimi səyləri” tərifləyib.
Kremlə yaxın mənbənin “Reuters”ə verdiyi məlumata görə, görünür, iki tərəf ortaq məxrəcə gəlib.
“Görünür, bəzi şərtlər razılaşdırılacaq... çünki Trampdan imtina etmək olmaz və biz də (sanksiya təzyiqinə görə) imtina etmək iqtidarında deyilik”, - deyə məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən mənbə agentliyə bildirib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

