/ / Sinxua agentliyi: Aktau limanında tikilən konteyner qovşağı Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq
Sinxua agentliyi: Aktau limanında tikilən konteyner qovşağı Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq
20.08.2025 [19:51]
Qazaxıstanın Aktau limanında tikilən beynəlxalq konteyner qovşağı Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq. AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Sinxua agentliyinə müsahibəsində limanın kommersiya məsələləri üzrə icraçı direktoru vəzifəsini icra edən Anuar Nemışov deyib.
Onun sözlərinə görə, Aktau limanı Çindən Avropaya daşınan konteyner yüklərini qəbul edir. Konteyner qatarları Şərq-Qərb dəhlizi boyunca Sian şəhərindəki Qazaxıstan-Çin logistika terminalından mütəşəkkil şəkildə formalaşaraq Aktau limanına göndərilir. “Limanda daşınan yüklərin əsas nomenklaturası neft və neft məhsulları, taxıl bitkiləri, metal, konteynerlərdir. Bu ilin yanvar-iyul ayları üzrə yükdaşıma göstəricilərinə əsasən, Aktau limanında aylıq yük dövriyyəsi orta hesabla 450 min ton təşkil edir. 2025-ci ilin 7 ayı ərzində limanın işinin nəticələrinə görə, ümumi yükdaşıma 3144 min ton təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 14 faiz çoxdur”, -deyə Qazaxıstan rəsmisi bildirib.
O, həmçinin qeyd edib ki, 2024-cü ildə Aktau limanına yeni yük - yerli istehsal olan kimyəvi məhsullar (mineral gübrələr - ammonium nitrat) cəlb edilib və ötən ilin sonunda malların yüklənməsinin həcmi 60 min ton təşkil edib.
Çin və Qazaxıstan hökumətləri Qazaxıstanda inteqrasiya olunmuş logistika şəbəkəsinin yaradılması, o cümlədən Aktau limanında konteyner qovşağının tikintisinə sərmayə qoyuluşu ilə bağlı razılıq əldə ediblər. Hazırda Aktau limanı əsasında konteyner qovşağının tikintisi layihəsi həyata keçirilir. Layihə uzunluğu 19,2 hektar olan “Aktau dəniz limanı” xüsusi iqtisadi zonasının ərazisində reallaşır. Onun dəyəri təxminən 86,5 milyon ABŞ dollarıdır.
A.Nemışov qeyd edib ki, layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır. İlk buraxılış kompleksinin 2025-ci il iyunun 9-da istismara verilməsi ilə birinci mərhələ başa çatıb. İkinci mərhələ isə 31 dekabr 2026-cı il tarixinə qədər tamamlanacaq. Konteyner qovşağının ümumi gücü ildə 240 min iyirmi fut ekvivalent vahid (TEU) təşkil edir.
“Bu layihənin həyata keçirilməsi limanın ərazisində Xəzər regionu və Mərkəzi Asiya ölkələri üçün konteynerlərin daşınması xidmətlərinin tam spektrini təqdim etməklə konteyner parkının formalaşdırılmasına imkan verəcək”, -deyə Aktau limanının kommersiya direktoru bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

