ABŞ Hindistanla mübarizə üçün Avropanın dəstəyinə ehtiyac duyur
01.09.2025 [23:31]
ABŞ hakimiyyəti Avropa İttifaqına müraciət edərək Hindistanın Rusiya ilə əməkdaşlığına görə Dehliyə qarşı Vaşinqtonun tətbiq etdiyi rüsumlara bənzər tədbirlər görməyi xahiş edib.
AZƏRTAC xəbər verir ki, “Axios” portalı və “India Today” media qrupu bu barədə öz mənbələrinə istinadla məlumat yayıblar.
Onların məlumatına görə, Vaşinqton hesab edir ki, Avropa ölkələrinin Hindistana təzyiqi artırması, o cümlədən neft və qaz tədarükünün tamamilə dayandırılması Dehliyə qarşı əlavə təsir mexanizmi ola bilər. Avropa İttifaqı ölkələri hazırda Hindistanın neft məhsullarının əsas alıcılarıdır və bu məhsulların istehsalında Rusiya neftindən istifadə olunur.
Qeyd edək ki, avqustun 27-dən ABŞ-ın Hindistandan idxal olunan məhsullara əlavə 25 faizlik gömrük rüsumları qüvvəyə minib. Bununla da, bu ölkədən idxal olunacaq bəzi məhsulların rüsumları 50 faizə çatıb.
Bununla belə, Vaşinqton hələlik gözlədiyi nəticəni əldə edə bilməyib. Ticarət gərginliyinin artması fonunda Hindistan rəhbərliyi Çinlə münasibətləri yaxınlaşdırmaq istiqamətində də addımlar atmağa başlayıb. Halbuki iki ölkə arasında uzunmüddətli iqtisadi və geosiyasi fikir ayrılıqları mövcud idi.
Hindistan Xarici İşlər Nazirliyi Vaşinqtonun bu addımını “ədalətsiz və əsassız” adlandırıb. “Reuters” agentliyinin məlumatına görə, nəticəsiz başa çatan danışıqlardan sonra Hindistan Rusiyadan neft idxalını artırmaq qərarına gəlib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

