Fransanın kəşfiyyat orqanları gözlənilən etiraz aksiyaları ilə bağlı xəbərdarlıq yayıb
04.09.2025 [18:39]
Fransada sentyabrın 10-na planlaşdırılan “Hər şeyi bloklayaq” adlı genişmiqyaslı vətəndaş təşəbbüsü bu ölkənin kəşfiyyat orqanlarının ciddi narahatlığına səbəb olub. Fransa mətbuatında yayımlanan altı səhifəlik kəşfiyyat sənədində iqtisadiyyatın strateji sahələrinə qarşı mümkün zorakı hərəkətlər və sabotaj aktları ilə bağlı xəbərdarlıqlar yer alıb.
AZƏRTAC xəbər verir ki, Paris polis prefekturasının kəşfiyyat idarəsi və ərazi kəşfiyyat xidməti tərəfindən hazırlanan bu sənəddə sentyabrın 1-də artıq sosial şəbəkələrdə və şifrələnmiş qruplarda ciddi fəallığın müşahidə olunduğu qeyd edilib. Bildirilib ki, bu fəallıq artıq real fəaliyyətlərə çevrilməkdədir. Müxtəlif bölgələrdə hazırlıq toplantıları olub və sentyabrın 10-da keçiriləcək aksiyanın “Sarı jiletlilər” hərəkatının davamı kimi daha geniş yayılması ehtimalı yüksəkdir.
Kəşfiyyat orqanlarının məlumatına əsasən, təxminən 100 min insanın ölkə üzrə aksiyalara qatılması ehtimal edilir. Onların arasında solçu siyasi fəallar, sosial birliklər, həmkarlar ittifaqları və fələstinpərəst humanitar qruplar yer alır. Planlaşdırılan fəaliyyətlər arasında nəqliyyat və sənaye mərkəzlərinin bloklanması, hökumət binalarının qarşısında mitinqlər, strateji infrastruktura qarşı sabotaj aktları ola bilər. Aksiyaçıların əsas hədəfinin isə iqtisadi strukturların olacağı diqqətə çatdırılıb.
Sentyabrın 10-dan sonra isə ayın 18-də həmkarlar ittifaqları təşkilatlarının aksiyası nəzərdə tutulub. Artıq bununla bağlı tətil çağırışları yayılıb. Kəşfiyyat xidmətləri bu aksiyanın “partlayıcı potensiala” malik olduğunu bildirib və bu dəfə əlavə xəbərdarlıq sənədinə ehtiyac olmadığını vurğulayıb.
Kəşfiyyat sənədində göstərilib ki, Fransa hökuməti və hüquq-mühafizə orqanları bu çağırışlara qarşı hazırlıqlı olmalı, ictimai asayişin pozulmasının qarşısını almaq üçün tədbirlər görməlidir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

