Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə ekstradisiya olunub

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə ekstradisiya olunub

14.09.2025 [23:17]

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 8 nəfərin ölkəyə təhvil verildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, türkiyəli nazir sosial şəbəkədə cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya edildiyini paylaşıb.

Yerlikayanın məlumatına görə, Ankaranın sorğusu ilə Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə beynəlxalq axtarışa verilib.

Türkiyə Daxili İşlər Nazirliyinin başçısı əmin edib ki, axtarışda olan cinayətkarların heç biri ədalət məhkəməsindən qaça bilməyəcək.

Eyni zamanda, o, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30